"Ananas və qreypfrut şirələri alkoqolun orqanizmə mənfi təsirini gücləndirir".
Gent.az xəbər verir ki, bu barədə rusiyalı həkim-narkoloq Daniil Petrov Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
"Bəzi sitrus meyvələri, xüsusən qreypfrut qaraciyərin və bağırsaqların ferment sistemlərinə təsir göstərə bilər. Qreypfrutda alkoqol və bir çox dərman preparatları da daxil olmaqla, müxtəlif maddələrin emalında iştirak edən bir neçə fermentin aktivliyinin qarşısını alan maddələr var. Buna görə də bəzi toksik (zəhərli) metabolik məhsullar orqanizmdə daha uzun müddət dövr edə bilər. İlk növbədə söhbət asetaldehiddən gedir ki, bu, etanolun toksik parçalanma məhsuludur və alkoqolun qaraciyərə, qan damarlarına və sinir sisteminə zərərli təsirinə cavab verir. Əgər metabolik proseslər yavaşlayarsa, orqanizmə toksik yüklənmə potensial olaraq artır.
Şirin şirələr, o cümlədən də ananas şirəsi eyni şəkildə dolayı yolla alkoqolun mənfi təsirini artıra bilər".

