Devid Bekhemin Hollivudda baş tutan “Şöhrət xiyabanı” ulduzunun açılışı baş tutub, lakin mərasimdə onun oğlu Broklin Bekhem iştirak etməyib.
Gent.az xəbər verir ki, Broklin həyat yoldaşı ilə birlikdə mərasim keçirilən ərazidən təxminən 20 dəqiqəlik məsafədə yaşayır, amma tədbirə qatılmayıb. Bildirilir ki, o, ailəsi ilə aralarında olan fikir ayrılıqları səbəbindən valideynləri ilə əlaqə saxlamır.
Buna baxmayaraq, Devid Bekhem çıxışı zamanı övladlarını xatırladaraq onlara təşəkkür edib:
“Siz mənim hər səhər ayağa qalxmağımın səbəbisiniz. Ümid edirəm ki, bir gün öz nəvələrinizi də bura gətirəcək və böyük arzuları olan bir oğlandan danışacaqsınız. Sizin qürurunuz mənim ən böyük uğurumdur”, – deyə o bildirib.

