ABŞ və Böyük Britaniya alimləri “Müasir cəmiyyətdə hansı bacarıqlar və keyfiyyətlər uğurlu olmaq üçün zəmin yaradır” mövzusunda araşdırma aparıb.
Araşdırmanın nəticələri maraqlı olub. Məlum olub ki, məhz qiklər sağ qalmaq baxımından daha uğurludurlar.
Tədqiqatlarda 8 min cüt əkiz iştirak edib. Bir tərəfdən onların təhsil bacarıqları, qeyri-verbal İQ-ları və hobbiləri tədqiq edilib Başqa tərəfdən isə dostların sayı və cəmiyyətə açıqlıqları. Nəticədə “qik statusunu” müəyyən etmək olub.
Doğulduqda atalarının yaşı 50-dən çox olanlar, doğulduqda atalarının yaşının 25-dən az olanlardan 32% çox beş qiyməti alır. Bundan əlavə, alimlər valideyn və övladların “qik indeksi” arasında əlaqə tapıblar: onların 57% üst-üstə düşür.
Həmçinin məhz oğlan uşaqları qik olur. Qızlar arasında demək olar ki, qik yoxdur. Elə bu səbəbdən də autistlərin hardasa 85% oğlan uşağıdır.
Qeyd etmək lazımdır ki, “qik” termini yüksək texnologiyalara və mürəkkəb elmlərə meyl edən uşaq və yeniyetmələrə şamil edilir.