Qeyd etdiyimiz məsləhətləri icra etsəni həftədə 811 dəqiqə ekonomiya edə biləcəksiniz.
Cari dünyanın sürəti və dinamikasına çatmağa cəhd edərkən bir çox insan tez-tez harasa gecikdiyini və çox şeyi çatdıra bilmədiyini hiss edir.
Adətən də “Bu gün xeyirli nə etmisən?” sualının cavabı “heç bir şey” olur. Sizə vaxtınızı qorumağa yönəlmiş bir sıra məsləhəti təqdim edirik.
1.Erkən qalxın – həftədə 87 dəqiqə ekonomiya
“Apple”in rəhbəri Tim Kuk səhər saat 04:30-da yuxudan durur, “General Motors”un rəhbəri Den Akerson isə saat 05:00-da. Qeyd etmək lazımdır ki, bir çox uğurlu insan səhər yuxudan tez durur. Sizə 07:00-da qalxmaq da bəs edər.
2. Hər şeyi qeyd edin - həftədə 102 dəqiqə ekonomiya
Hər şeyi dəqiqliklə qeyd etsəniz artıq vaxtınızı nəyə sərf etdiyinizi biləcəksiniz. Bu təqdirdə, həmin boşyerə itirilən zamanı daha səmərəli sərf etmək imkanına malik olacaqsınız.
3. Hər şeyi düzgün planlaşdırın - həftədə 28 dəqiqə ekonomiya
Məsələ yalnız gələn həftə, ay və s. edəcəyiniz işləri planlaşdırmaq deyil, əsas olan bunu düzgün etməkdir. Bu gün görməli olduğunuz işləri qeyd edin və onlardan ən zərurilərini bitirin.
4. İş üçün yalnız keyfiyyətli avadanlıq istifadə edin - həftədə 125 dəqiqə ekonomiya
Köhnə, donub qalan, yüklənmiş avadanlıqla işləyərkən siz özünüzü çox yorursunuz və əlavə vaxt itkisinə məruz qalırsınız. İdealda sizin bütün qadcetləriniz saz vəziyyətdə olmalıdır.
5. Şablonlar hazırlayın - həftədə 13 dəqiqə ekonomiya
Əgər işiniz rutin, təkrar olunan şeylərdən ibarətdirsə hazır şablonlar hazırlayın, bu sizin işinizi sürətləndirəcək və zamanınızı ekonomiya etməyə imkan yaradacaq.
6. Səyahət zamanı plan qurun - həftədə 240 dəqiqə ekonomiya
Əgər işiniz ezamiyyətlərlə bağlıdırsa, öz vaxtınızı təyyarə, qatar, taksi, hava limanı və vağzallarda səmərəli sərf etməlisiniz. Yola düşməzdən əvvəl nə qədər müddət səyahət edəcəyinizi və nə ilə məşğul olacağınızı kosnpektləşdirin.
7. Bir neçə elektoran poçt qutusu yaradın - həftədə 26 dəqiqə ekonomiya
Bu işlə şəxsi həyatı ayırmaq üçün ən əla vasitədir. Çünki bütün ismarıclar və məktublar bir poçt qutusuna gəldikdə, lazım olan an istədiyin məktubu tapmaqda çətinlik çəkirsən.
8. Yataq otağında yatmaq lazımdır - həftədə 190 dəqiqə ekonomiya
Yatağa noutubkla girərkən siz nəinki yuxunuza haram qatırsınız, həmçinin gözlərinizə ziyan vurursunuz və yuxu vaxtını geciktirirsiniz.
Qətiyyən yataqda heç bir qadcetdən istifadə etməyin ilk günlərdə yuxuya getmək çətin olsa da, bir müddət sonra siz bunu edə biləcəksiniz.