1.Musiqili toplar
Bu oyun üçün ən azı dörd nəfər lazımdır. Onların hərəsinin əlində bir top olmalıdır. Oyunun əvvəlində hər uşaq meydançada topu ayaqları ilə aparmalıdır. 30 saniyədən sonra məşqçi “Dəyişin” deyir.Bu zaman oyunçular başqa topu seçib driblinqlərini davam etdirməlidir. Birinci raunddan sonra toplardan birini götürürlər.
Beləliklə meydançada 4 oyunçu 3 top qalır. Məşqçi yenə “Dəyişin” dedikdə oyunçular topları dəyişməlidir. Topsuz qalan oyunçu oyundan çıxır...
2. Bir toxunuşla ötürmə
Bu oyundan 4-8 adam iştirak edə bilər. Amma top bir dənədir. Uşaqları dairəvi şəkildə toplayın. Onlar bir birinə göylə ötürmə edərək topu yerə düşməyə qoymamalıdırlar. Hər oyunçu ötürmə edərkən topa bir dəfədən artıq toxuna bilməz. Getdkicə oyunun şərtlərini çətinləşdirmək də olar.
3. Dadlı və ya zəhərli
Bu oyunda da dörd nəfər iştirak edə bilər. Hər oyunçuya bir top lazım olacaq. Bundan əlavə bir neçə dənə konus götürün. Məhz konuslar bu oyunun “dadlılarıdır”.
Qapı önündə (yoxdursa meydançanın əks tərəflərində) konusları yığın. Siqnal verildikdən sonra hamı topu ayağı ilə apararaq meydançanın bir tərəfindən digər tərəfinə qaçır, bir konus götürərək başqa konus üçün geri qayıdır. Ən çox konus yığan oyunçu qalib gəlir.
4. İki toxunuşluq ötürmə
Oyunçuları cütlüklərə bölüb üz-üzə qoyun. Birinci oyunçu qarşısındakına ötürmə etməlidir. O, isə topu başı və ya sinəsi ilə qəbul edib digər oyunçuya ötürmə etməlidir. Oyunun məqsədi iki toxunuşla ötürmələr edərək topun mümkün qədər uzun müddət yerə dəyməməsini təmin etməkdir.
5. Divar oyunu
Bu oyunu bir nəfər də oynaya bilər. Əsas məqsəd topu divara vurmaqdır. Şərt isə topu yalnız eyni ayaqla qəbul etməkdir. Bunu öyrəndikdən sonra uşaq hər iki ayağı ilə topu qəbul etməyi, sonra isə sinəsini, dizlərini və bədəninin digər hissələrini işə salmağı öyrənəcək.
6. Qol vur
Bu oyun üçün 4 konus, 1 top v 1 lent götürün. Konuslardan meydançanın əks tərəflərində qapılar düzəldin. Lenti qapıdan 16 metr aralıqda uzadın. Uşaq topu meydança ilə aparıb lenti keçmədən, yəni 16 metr məsafədən qol vumalıdır. Hər vurulan qol artıq qalibiyyətdir. Lakin oyunun məqsədi - ən azı 25 qol vurmaqdır.