Geymerlərdə “çit-kod” adı daşıyan termin var.
Müəyyən işarələr kombinasiyasını daxil etdikdən sonra sən ya sirrli qapını açıb bonus xallar, silahlar və s. alır ya da əziyyət çəkmədən növbəti mərhələyə adlayırsan.
Həyatda da belə kodlar var. Məşhur Ostap Bender kimi triksterlər tarix boyu onlardan istifadə edir. Lakin onlar hər bir adam üçün əlçatandır.
1.Dəvətsiz müsahibə
İşə qəbul olarkən bu layfhakı istifadə etmək olar. Adətən əgər böyük şirkətdə işləmək istəyirsənsə ora CV-ni göndərib zəng gözləyirsən. Lakin gözləməyə də bilərsiniz.
Bunun üçün şirkətin kadrlar bölməsinə zəng vuraraq əmin səslə müsahibənizin dəqiq vaxtını öyrənmək istədiyinizi bildirin.
Əlbəttə ki, onlar sənin ad və soyadını soruşacaqlar. Bundan sonra uzun müddət kompüterdə sənin anketini və CV-ni axtaracaqlar. Bundan sonra iki variant var. Ya səni yalançı elan edib telefonu söndürəcəklər, ya da bütün günahı kpmüterdəki nasazlığın üzərinə yıxaraq sizə müəyyən tarixdə şirkətə gəlməyi və CV-zi yenidən gətirməyi xahiş edəcəklər.
2. Pərdə arxasına yol tapmaq
Sevdiyin müğənninin qrim-otağına düşmək istəyirsən. Ya da əfsanəvi qrup çıxış edərkən pərdə arxasına keçmək fikrindəsən? Yaxınlıqda yerləşən pizza restoranindan bir pizza götürərək get.
Beləliklə səni pizza kuryeri ilə səhv salacaqlar və sən bir pizza müqabilində sevdiyin qrupdan aftoqraf və hətta xatirə şəkili ala bilərsən.
3. Əzələli adamla salamlaşmaq
Bəzi insanlar öz fiziki formaları ilə qürur duyur. Onların aləmində güc – dialoq zamanı kimin baş rolda olduğunu göstərməkdir. Onlar sənin əlini elə sıxa bilərlər ki, sonra bütün günü barmaqların sızlaya bilər.
Lakin belə adamlara qarşı bir metod var. Salamlaşarkən işarə barmağını onun biləyinin üzərinə qoy. Belə halda o sənin əlini bərk sıxa bilməyəcək. Yəni, o sıxmağa çalışacaq, lakin bu o qədər də hiss olunmayacaq və sən də cavab olaraq gülümsəyə biləcəksən.
4. Alfa kimi üzr istə
Alfa olduğunu göstərmək istəyirsənsə heç vaxt “üzr istəyirəm”, “bağışlayın”, “günah məndədir” kimi ifadələri istifadə etmə. Onlar səni zəif göstərir.
Əgər günahkar olduğun bir vəziyyətə düşmüsənsə başqa sözlər istifadə etmək lazımdır. Əgər harasa gecikmisənsə “Məni gözlədiyiniz üçün sağ olun”, kiminsə maşınını əzdikdə “Özünüzü sakit apardığınız üçün minnətdaram. İndi sığorta şirkətinə zəng vuracam, hər şey həll olunacaq” ifadələrini istifadə et.
Beləliklə, sən həm mümkün münaqişəni söndürür, həm də əsəbləşən adama kompliment bəxş edirsən.
5. Ən sadə layfhak
Səliqəli geyinmək əksər hallarda sənin nüfuzuna böyük imic qatır. Bu halda oyunun səviyyəsi iki səviyyə aşağı düşür.