Pandemiya ümumdünya korporasiya mühitinə dəyişikliklər gətirdi, buna görə də 2021-ci ildə biz koronavirusdan öncə kimi işləməyəcəyik. Bir çox karyera mütəxəssisi bu il hansı bacarıqların daha lazımlı olduğu ilə bağlı baş sındırır.
Harvard məktəbinin təhlilçiləri karyeramızı yeni səviyyəyə qaldıracaq 3 bacarığı qeyd edirlər:
1.Məlumatlar haqda elmin başa düşülməsi (data science)
Cari zamanda bir çox şirkətdə mühüm müzakirələrdə iştirak etmək və iş prosesinin yaxşılaşdırılması ilə bağlı təkliflər vermək üçün idarəçi vəzifəsində olmağa ehtiyac yoxdur.
Bu sahə ilə məlumatlar barəsində elm məşğul olur. Buraya səbəb, reqressiv təhlil, izahi statistika və məlumatların vizualizasiyası daxildir.
Mürəkkəb səslənsə də, bunu araşdırdıqda hər şey daha sadə və anlaşılan olacaq.
Məhz “data science” lazım olan nəticəni çıxartmağa, proqnoz hazırlamağa və korona böhranı zamanı şirkətlərə hava kimi lazım olan yeni ideyalar təklif etməyə imkan yaradır.
2.Böhran zamanlarında liderlik
Harvardın biznes məktəbinin tarixçisi Nensi Koen iddia edir ki, hər bir lider böhran vaxtı öz komandasına yol göstərməyi bacarmalıdır. Misal kimi o, Franklin Ruzvelti, Uinston Çerçili və Ernst Şekltonu gətirir.
Onu fikrincə müasir liderlər dörd şeyi öyrənməlidir:
-səhvlərini qəbul etmək və qeyri-müəyyənliklərə hazır olmaq;
-qorxunu üstələmək, mümkün risklər və nəticələr barədə açıq şəkildə danışçaq;
- kollektivin kefinə diqqət yetirmək və onun mənəvi ruhunu dəstəkləmək;
- öz komandasının düzgün işinə və qoyulan məqsədlərə çatmasına nəzarət etmək.
3.Dünya iqtisadiyyatının tendensiyalarını başa düşmək
Korporativ mühitdə ümumdünyəvi iqtisadi əsasları başa düşmək şərtdir. Bu olmadan dünyada baş verənləri başa salmaq və öncədə hesablamaq çox çətindir.
Bundan əlavə, əgər sən pandemiya, vergi, siyasət, texnologiyalar, kütləvi ixtişaşlar və digər hadisələr kimi anlayışlar arasında əlaqə olduğunu anlaşağa başlasan, hər bir işin gələcək gedişatını hesablaya bilərsən