Yaşına baxmayaraq hələ də ekzotik çəkilişlərdə iştirak edən qadın necə cavan qalmaq barəsində məsləhətləri ilə bölüşüb.
Los-Ancelesdə və İndoneziyanın Bali adasında yaşayan 62 yaşlı Lesli Karlton mütəmadi olaraq bir sıra jurnallar, dəbli geyim kataloqları və televiziya reklamları ilə bağlı fotosessiyalarda iştirak edir.
Bundan əlavə, o, “Sports İllustrated” dərgisinin bikini yarışmasına qatılan ən yaşlı namizəddir.
Karlton qeyd edir ki, tanımadığı insanlar onun yaşını biləndə çox təəcüblənirlər, çünki qadın olduğundan 20 yaş gənc görünür. Lesli etiraf edir ki, gənc olarkən qidasına fikir verməyib, lakin 20 yaşına gəldikdə qohumunun məsləhətinə qulaq asmağı qərara alıb.
“Nənəmin məsləhəti mənə çox kömək etdi. O rəqqasə idi və hər iki-üç saatdan bir az miqdarda sağlam qida qəbul edirdi. Başqa qaydaya əsasən, zülal və karbohudratlarla zəngin olan qida ovucun içinə yerləşməlidir, tərəvəz isə bundan iki dəfə çox olmalıdır”, - deyə model qeyd edib.
Maneken 30 yaşında idmanla məşğul olduğunu bildirib. O, xizək sürüb və karate üzrə qara kəmər sahibidir. Son 10 ildə isə qadın ağır atletika ilə məşğul olur. Bu ona formada qalmağa kömək edir.
“20 yaşım olarkən çəkdirdiyim şəkillərə baxdıqda, indi də eyni göründüyümü anlayıram. Dri dəyişib, lakin bədən dəyişməyib. Öz üzərimdə işləməyə davam etməliyəm. Sən düşündüyün və yediyinsən”, - deyə Lesli etiraf edib.