B.e.ə. 48-ci ildə rəqibləri üzərində qələbədən sonra Sezar yeni siyasi quruluşun – diktaturanın tətbiq olunduğu Romanın təkbaşına hakimi oldu. Sezar orduya arxalanaraq özünü ömürlük diktator, tribun və ali pontifik elan etdi. Lakin siyasi elitanın şüurunda dərin iz buraxmış respublika dövlətçiliyinin dəyərləri Romada ellinizm tipli monarxiyanın qurulmasında qarşısıalınmaz maneəyə çevrildi. B.e.ə. 44-cü ilin martında Sezar sui-qəsd nəticəsində öldürülmədən əvvəl cəmiyyət və idarəetmə sahələrini əhatə edən bir çox islahatlar həyata keçirməyi bacardı.
Bu gün Sezar hələ də tarixin ən böyük hərbi liderlərindən biri hesab olunur. Bəs o, bu qədər böyük gücə necə sahib oldu?
Sualın cavabını bu məqalədə tapa bilərsiniz. Sezarın liderlik metodlarını başa düşmək üçün onun öz əl yazılarına və müasir tarixçilərin əsərlərinə əsaslanan təhlili 7 vacib başlıq altında topladıq:
1.Təqdimat vacibdir
Ən yaxşı liderlər yalnız heyrətamiz işlər görmür, həm də onu inandırıcı bir hekayə ilə təqdim etməyi də bacarırlar.
Fərnək ilə müharibədən sonra Sezar Romaya göndərmək üçün qələbəsinin təfərrüatlarını özündə əks etdirən bir hesabat yazırdı. Lakin o, döyüş bacarıqlarını göstərən onlarla cümlə yaza biləcəyi halda, qısa və təsirli bir ifadənin ən güclü mesaj olacağını başa düşdü. Sezar hesabatında sadəcə "Veni, vidi, vici" ("Gəldim, gördüm, qələbə çaldım") yazmışdı. Bu cümlə o qədər yaddaqalan idi ki, əsrlər keçsə də, xatırlayırıq.
1.Risk alın
Qədim Romada Rubikon çayını keçmək böyük problem hesab edilirdi. Bu hərəkət müharibə elanına bərabər idi və ölüm hökmü ilə nəticələnə bilərdi.
Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Onun sözlərinə görə, Sezar məşhur "ālea iacta est" ("Püşk atılmışdır") ifadəsini də həmin vaxt işlədib. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir.
Sezar həmin gün hər şeyini riskə atmış və beləliklə də, bütün dövrlərin ən yaxşı liderlərindən biri olmağı bacarmışdır.
3.Kiçik addımlarla başlayın
Uğurlu lider ola bilmək üçün işə kiçik addımlarla, mərhələ - mərhələ başlamaq lazımdır. El deyimi ilə desək, kiçik göldəki böyük balıq olaraq.
Sezar da bunu çox yaxşı başa düşürdü. Gənc yaşlarında ailəsinin bütün əmlakının hökumət tərəfindən ələ keçirilməsinə baxmayaraq, zamanla çox güclü mövqe əldə edə bildi.
4.Hər şey dəyişə bilər
Sezar istənilən vəziyyətdə şərtlərin çox tez dəyişə biləcəyini bilirdi.
Bill Yonne-nin "Yuli Sezar: Fatehdən liderlik dərsləri" kitabında öz əksini tapmış bir ifadə dərs səciyyəsi daşıyır. Sezar deyirdi ki, müharibədəki vacib hadisələr əhəmiyyətsiz kimi görünən səbəblərin nəticəsidir.
Bir iş bitmədən, nəticə məlum olmadan əvvəl əmin olmaq, dayanmaq, güzəştə getmək olmaz. Çünki gözlənilməz bir anda bütün işlər tərs gedə bilər.
5.Özünüzü aldatmayın
Yaxşı lider rasional davranmağı bacarmalıdır. Duyğu və qərəzlərinin qərar qəbul etmə qabiliyyətinin önünə keçməsinə imkan verə bilməz. Altıncı hiss və instinktlər də vacibdir, amma həqiqi lider bu iki əks gücü tarazlaya bilməlidir.
Sezar Qalliya müharibələrindən bəhs edən gündəliklərində etdiyi taktiki səhvləri izah edərkən bunu vurğulayır: "Çox vaxt insanlar olmasını istədikləri şeylərə inanırlar".
6.Nəzarəti əldən buraxmayın
İşlər nə qədər yaxşı getsə də, əsl liderlər pis nəticələrə qarşı həmişə tədbirli davranırlar.
Qalliya müharibələri haqqında qeydlərində Sezar "Ölümsüz tanrılar cəzalarını çəkmək istəyənləri böyük mərhəmətlə cəzasız qoyurlar. Çünki onların bu şəkildə daha çox acı çəkəcəklərini bilirlər",- deyə bildirmişdir.
Bir sözlə, həyatınızda daim qalib gəlsəniz belə, ehtiyatı əldən verməyin.
7.Dəyərinizin fərqində olun
Rəhbərlik etmək üçün bacarıqlarınıza güvənməlisiniz. Bu, Sezarın hər zaman diqqət etdiyi bir özəllikdir.
Plutarx Sezarın həyatından bəhs etdiyi kitabında onun dəniz quldurları tərəfindən qaçırıldığını yazır:
"Piratlar fidyə üçün 20 qızıl pul istədikdə Sezar buna güldü. Onlar Sezarın kim olduğunu və sərbəst buraxılması üçün 50 qızıl ödəyə biləcəyini bilmirdilər”.
Onlar Sezarın dəyərinin fərqində olmasalar da, Sezar hər zaman öz dəyərinin fərqində idi. Bu da onu lider edən başlıca səbəblər sırasındadır.