Bəzi gündəlik problemləri həll etməyə çalışmaq düşündüyünüzdən daha çətin ola bilər. Hər gün eyni problemlərlə məşğul olmaq əvəzinə, özünüzü dəyişdirərək bu çətinliklərin öhdəsindən gələ bilərsiniz. Oxuyub bitirdikdən sonra bir çox məsələlərə yeni perspektivdən baxmağınıza kömək edəcək 5 kitabı sizə təqdim edirik:
“Böyük düşüncənin sehri”
Monoton bir həyatdan xilas olmağın ilk yolu dəyişiklikdir, amma bəzən necə dəyişə biləcəyimizi bilmirik. Deyvid J. Şvartz tərəfindən yazılan bu kitab dünyada milyonlarla insana bu məsələdə kömək edib. Müəllif görülən hər bir işin ən yaxşı olması üçün böyük düşüncənin zəruriliyini səmimi və sadə dillə izah edib. Böyük uğurlar qazanmaq və həyatınızı istədiyiniz kimi qurmaq üçün inanılmaz zəkaya və təhsilə sahib olmaya bilərsiniz. Lakin mütləq sizi irəliyə aparacaq düşüncə və davranış tərzinin sirlərinə yiyələnməlisiniz. Fərdi inkişaf və psixologiya janrında olan “Böyük düşüncənin sehri” kitabı bu sirlərə bələd olmağınıza kömək edəcək.
https://afitogo.com/azrbaycan-dilind-n-yax-kitablar/boyuk-duuncnin-sehri/
“O qurbağanı ye! ”
Yəqin ki, siz də dəfələrlə kifayət qədər vaxtınız olmadığından şikayətlənmisiniz. Şəxsi həyat və işlə bağlı öhdəliklər, cavabınızı gözləyən saysız elektron məktublar, zənglər, imkan tapan kimi izləməyi, oxumağı planlaşdırdığınız filmlər və kitabların məngənəsində sıxılıb qalmısınız. Bütün bunların səbəbi “təxirə salmaq” vərdişidir. Kitabın müəllifi Brayan Treysi yaşadığınız çətinlikləri böyükdən-balacaya kateqoriyalara ayırıb qurbağaya bənzədərək bu vərdişinizdən imtina etməyinizə kömək edəcək. Həqiqətən dəyişmək istəyirsinizsə, onun müvəffəqiyyət üçün sadaladığı az vaxtda çox iş görməyin 21 üsulunu nəzərdən keçirin.
“Minimalizm: Mənalı Həyat”
İki minimalist yazar - Coşua Filds Milbern və Rayan Nikodemus. Milyon dollarlıq sərvətlərinin onlara xoşbəxtlik gətirmədiyini başa düşən iki uşaqlıq dostu istədikləri həyatı əldə etmək üçün minimalizmi araşdırmağa başlayırlar.
Deyə bilərik ki, kitabın səhifələrini nəzərdən keçirəndə belə artıq minimalizmə öyrəşəcəksiniz. Əgər dəyişikliyə əşyalarınızdan başlamaq istəyirsinizsə, bu kitabın sizə bir mesajı var: “Əşyalarınızı tənzimləməyin ən yaxşı yolu çoxundan yaxa qurtarmaqdır”.
https://www.amazon.com.tr/Minimalizm-Anlamlı-Joshua-Fields-Millburn/dp/6052162171
“İndinin gücü”
Dövrümüzün trend problemlərindən biri də keçmişin daima həyatımıza təsir etməsidir. Müəllif Ekxart Tolle bu kitabında sahib olduğumuz tək şeyin indi yaşadığımız zaman olduğunu sadə, amma şüurlu fərqindəlilik təcrübəsi ilə izah edir. O, qeyd edir ki, indinin fərqində olan insan zehinin keçmiş və gələcəklə bağlı illüziyasına da inanmayacaq, onu aldatmasına imkan verməyəcək. Zehin insanda keçmiş və gələcəklə bağlı illüziyalar yaradaraq bizi içində olduğumuz zamandan ayırır, nəticədə stress və narahatlığa səbəb olur. Müəllif kitabda oxucunun diqqətini indinin gücünə çəkməyə çalışır, keçmiş və gələcəyin düşüncədən başqa heç bir anlam ifadə etmədiyini vurğulayır. Bildirir ki, keçmişə və gələcəyə təsir etmək bizim gücümüz xaricindədir. Biz yalnız indiyə, içində olduğumuz ana təsir edərək həyatımızı dəyişə, xoşbəxtlik və hüzura qovuşa bilərik. Sizcə də anda qalmağın, keçmişi arxa plana atmağın zamanı gəlmədimi?
https://afitogo.com/azrbaycan-dilind-n-yax-kitablar/ndinin-gucu/
“Taxıl beyni”
Əlbəttə ki, dəyişiklik yalnız əşyalar, münasibətlər və düşüncələrdən ibarət deyil. Yeri gələndə xoşbəxt ola biləcəyiniz bədənə sahib olmaq üçün qidalanma tərzinizi də dəyişdirməlisiniz. Kitabın müəllifləri Dr. Perlmutter ve Kristin Loberq hazırda rast gəlinən bir çox beyin xəstəliklərinə qlüten və şəkərli qidaların səbəb olduğunu deyirlər. Zərərli qidalara əlvida demək üçün axtardığınız fürsəti bu kitabın səhifələrində tapa bilərsiniz.
https://www.amazon.com/Tahil-Beyin-Kitabi-David-Perlmutter/dp/6052998350