Bir çox kişi İlon Maska həsəd aparır, onun bu qədər ixtiraların arxasında necə durduğuna təəcüblənir və onun həyatanı yaşamaq istəyir.
Bu çətin deyil, çünki İlon öz yaşam qaydalarını paylaşmaqdan qorxmur. Sizə isə yalnız onları təkrarlamaq qalır:
1.Mən dünyanı dəyişəcək qüvvənin bir hissəsi olmaq istəyirəm
2.Uşaq olarkən bir çox maddənin partlayış gücünə malik olması məni çox maraqlandırırdı. Hələ də bütün barmaqlarımın yerində olması xoşbəxtlikdir.
3. “Avtostopperlər üçün qalaktika üzrə yolgöstərən” əsəri məni öyrətdi ki, dünyada ən çətin iş – verəcəyin sualı seçməkdir. Bax, əgər seçdinsə ondan sonrası çox rahat olacaq.
4.Mənim şəxsi uğursuzluqlar qəbirstanlığım var. Orada çoxlu başdaşı, dərinliklərdə isə yeni uğursuzluq gözləyən təzə qazılmış qəbirlər var. Lakin mən onların boş qalması üçün əlimdən gələni edirəm.
5.Səhv etmək qorxulu deyil. Əsas odur ki, hər dəfə yeni bir sahədə səhv edəsən.
6. İlk milyonunu qazandıqda həyatın dəyişəcək. Bunun əksini iddia edən boş-boş danışır.
7. Yaxşı şirkət yaratmaq - əla tort bişirmək kimi bir şeydir: gərək lazımi miqdarda lazımi inqredientlər seçmək lazımdır
8. “SpaceX”də, bizneslə məşğul olduğumuza baxmayaraq, biz böyük fəlsəfi məqsədə çatmağa çalışırıq. Əgər biz insanları planetlər arası varlığa döndərəcək bir şirkət yarada bilsək bu bir möcüzə olacaq. Lakin insanları və texnikanı Marsa çatdıra biləcək bir şey yarada bilsək deməli “SpaceX” öz missiyasınızı həll etmiş olacaq.
9. Bəli, insanlar Aya uçub, lakin ondan sonra buna müqayisə olacaq bir iş görülməyib.
10.Raket tikintisində bahalı bir şey yoxdur. Problem ondadır ki, keçmişdə bununla məşğul olanlar bunu dəhşətli dərəcədə aşağı səmərələliklə edirdilər.
11.Mürəkkəb işi görmək üçün çox insan cəlb etməyə ehtiyac yoxdur. Kəmiyyət heç vaxt istedadın əvəzini vermir, heç nəyi bilməyən iki insan, eyni cür bir insandan yaxşı deyil.
12.Bəlkə də mənim ən böyük səhvim – kiminsə keyfiyyətinə yox, istedadına arxalanmaqdır. Lakin ürəyi yumşaq insan üçün bu vacibdir.
13. Mənim sevimli kitabların (“Üzüklərin sahibi” və “Əsaslar”) qəhrəmanları həmişə dünyanı xilas etmək tələbatı hiss edir.
14. Hal-hazırda bütün bəşəriyyət tarixinin ən təhlükəli eksperimentini aparır: bizim ölüm təhlükəsi qarşısında olduğumuzu anlamaq üçün havaya daha nə qədər karbon qazı burxamalıyıq?
15.Mən bir şey haqqında danışıramsa, bu mütləq baş verir. Cədvəl üzrə yox, amma reallaşır.
16. Bu yaxınlarda demişəm ki, 3o il ərzində ABŞ-da bütün avtomobiilər elektrik olacak. Hibrid yox, məhz elektrik.
17. Mən heç vaxt insanlara yalandan mənim məhsullarımı tərifləmək üçün pul verməmişəm.
18. Son dörd milyard il ərzində bir-neçə həqiqətən vacib hadisə baş verib: təkhüceyrəli canlıların yaranması, çoxhüceyrəli canlılara dönüşməsi, heyvan və bitkilər dünyasının yaranması, canlıların sudan quruya çıxması, məməlilərin inkişafı və şüurun gəlişməsi. Növbəti böyük addım planetlərarası həyat olmalıdır..
19.Bir çoxları dəyişiklikləri sevmir, lakin biz onları qəbul etməliyik. Xüsusən də, əgər bunun əksi fəlakətdir.
20. İlk illərdə insanlar Marsda gümbəz altında yaşayacaqlar, lakin zaman keçkidə biz Marsı Yer kimi planetə çevirə bilərik. Bundan sonra biz planetin üzərində qorumasız gəzə bilərik. Bu planetin tüninqi olacaq.
21.Səbr yaxşı bacarıqdır və mən onu gəlişdirirəm. Lakin bu çətindir.
22.Mən Marsda ölmək istərdim. Amma uçduğum raketin planetin səthinə dəyib partlamasından sonra yox.
23.Raket tikintisi səngər qazmaq deyil!