"Sənətimə, musiqiyə özümə hörmət edən oğlanam. Bir ucuz mahnıya görə ölkəni zəbt etmək olmaz. Bu Azərbaycan musiqisi üçün utancdır".
Gent.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə iştirak etdiyi proqramda deyib.
Müğənni Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı mahnı qalmaqalından danışanda əsəblərni cilovlaya bilməyib.
"Hər ikisi ailəlidir, evində kişi var. Deməlidir ki, bəsdirin, qurtarın. Azadlıq deyib, hər şeyi abartdıq. Qurumlar buna baxmalıdır. Yataq otağını qoyduq ortaya".