Britaniyalı məşhur müğənni Elton Con Nyu-Yorkda iştirak etdiyi tədbirdə ölümündən sonra necə xatırlanmaq istədiyini açıqlayıb.
Gent.az xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı məşhur sənətçi musiqidən də kənarda yaxşı bir ata kimi xatırlanmaq istədiyini söyləyib:
"Məzar daşıma yazılmasını istədiyim tək şey "Yaxşı ata idi” sözüdür”.
Qeyd edək ki, Ser Elton Con bu yaxınlarda "Time" jurnalı tərəfindən "İlin ikonu" seçilib.