Ötən günlərdə Türkiyənin İzmir şəhərində səhnəyə çıxan müğənni Bülent Ersoy ilk dəfə vəsiyyətindən danışıb.
Gent.az xəbər verir ki, vəsiyyətindən danışan Diva "Uşaq sahibi ola bilmirəm. Amma uşaqları çox sevirəm. Sevdiyim kişidən onun vasitəsilə uşaq sahibi olmaq mənə süni gəlir. Mən o işlərin içində yoxam. Sevilməyə alışmışam, pişik kimiyəm. Amma vəsiyyətimdə uşaqlara xüsusi bir hissə ayırdım," deyib.
Son çıxan xəbərlərdə isə B.Ersoyun sərvətinin bəzi hissələri belə sıralanıb:
İstanbulda 28 mənzil və ultra lüks 4 villa, Antalya, Marmaris və Bodrumda villa, İstanbul Fənərbağçada sauna, Fethiyədə yanacaqdoldurma məntəqəsi, 30 metrlik lüks yaxta, kirayə verdiyi vinç və dozerlər.