“Bir gün lazım olar” deyə başlayır!
Gent.az xəbər verir ki, bu vəziyyət ümumi psixoloji sıxıntıların nəticəsi kimi qiymətləndirilə bilər. Amerika Psixiatriya Assosiasiyası da bunu obsesiv-kompulsiv davranışlar çərçivəsində dəyərləndirir. İnsanların yaşadığı problemlərə görə müəyyən dövrlərdə yığma və istifçilik davranışları yarana bilər.
Bugünkü dövrdə artan tənhalıq, travmalar və narahatlıqlar bu davranışların xarici təzahürü kimi görünür. İlk baxışda bu, sadəcə əşyalara bağlanmaq problemi təsiri bağışlasa da, əslində travmadan və ya ağır həyat hadisələrindən sonra yaranan psixoloji proseslərlə əlaqəli ola bilər.
“Sosial təmasın azalması bunu tətikləyir”
Son illərdə istifçiliyin artmasının əsas səbəblərindən biri insanlararası ünsiyyətin azalmasıdır.
Mənəvi dəyərlərin zəifləməsi, insanların tənhalaşması və sosial əlaqələrin azalması bu problemin yaranmasına təsir edir. Ən yüngül formada bu, depressiv vəziyyət, ən ağır formada isə ciddi obsesiv-kompulsiv pozuntu hesab oluna bilər.
İnsan əşyalarla qurduğu bağlılıqdan ayrıla bilmir və çox vaxt bunun yanlış olduğunu bilsə belə, bu davranışı dayandıra bilmir.
İnsan səhv olduğunu bilsə də, dayandıra bilmir
Bəzən vəziyyət o həddə çatır ki, ətrafdakılar narahat olur və dövlət qurumları müdaxilə etməli olur. Şikayətlər olsa belə, insan çox vaxt bunun düzgün olmadığını başa düşsə də, bu davranışdan imtina edə bilmir.
Erkən müdaxilə və yaxın çevrənin dəstəyi vacibdir
Belə halların qarşısını almaq üçün insanlar bir-birinə qarşı məsuliyyət hiss etməlidir. Əgər ailədə və ya yaxın çevrədə belə problem müşahidə olunursa, həmin şəxsin peşəkar tibbi yardıma yönləndirilməsi vacibdir.
Onun sözlərinə görə, əvvəlcə insanla düzgün ünsiyyət qurmaq lazımdır. Çünki problem bəzi hallarda insanın özünün belə fərqində olmadığı ciddi psixoloji məcburiyyətə çevrilə bilər.
“Kiçik işarələrlə başlayır, qar topu kimi böyüyə bilər”
İstifçilik müəyyən yaşa, cinsə və ya sosial təbəqəyə aid problem deyil — hər kəs risk altındadır.
Bu vəziyyətin ilkin əlamətləri arasında sosial təcrid, həyatdan zövq almamaq, yuxu rejiminin pozulması, günahkarlıq hissi, münasibətlərdə problemlər və emosiyaları paylaşmamaq yer alır.
Belə problemlər əvvəlcə kiçik siqnallarla başlayır, lakin vaxtında müdaxilə olunmasa, qar topu kimi böyüyə bilər. Problemlərə erkən mərhələdə müdaxilə etmək mümkün nəticələrin qarşısını almağa kömək edir.

