Bir insanın istehlak etdiyi suyun keyfiyyəti onun sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, içməli su təhlükəsiz, əlverişli orqanoleptik xüsusiyyətlərə və zərərsiz kimyəvi tərkibə malik olmalıdır.
Gent.az -ın məlumatına görə, içməli su alarkən məhsulun aşağıda qeyd olunan xüsusiyyətlərinə diqqət yetirmək lazımdır:
- “İçməli su”, onun adı, növü (emal edilmiş, təmizlənməmiş (təbii), süni minerallaşdırılmış, süni florlaşdırılmış, süni yodlaşdırılmış, mineralların optimal tərkibinə malik, qazlı (güclü, orta, zəif) və ya qazsız və s.);
- tərkibi ("içməli su" və daxil olan maddələrin siyahısı, xüsusən konservantlar, makro və mikroelementlər);
- İçməli suyun mineral tərkibinin fizioloji faydalılığı göstəricilərinin faktiki dəyərləri;
- saxlama şəraiti;
- konteyner həcmi;
- istehsal tarixi və son istifadə tarixi;
- istehsalçının adı, yeri və telefon nömrələri;
- su istehsalı yeri;
- içməli suyun keyfiyyətinə dair tələbləri müəyyən edən normativ sənədin adı.