Məktəblilər gənc oğlanı soyundurub döydülər

Hadisə1 dəq oxu
Məktəblilər gənc oğlanı soyundurub döydülər

Rusiyanın İrkutsk vilayətində məktəblilər həmyaşıdlarını alçaldaraq videosunu çəkiblər.

Gent.az  yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, yeniyetmələr əqli qüsurlu gənci zorla mənzilə gətirərək, guya barələrində şayiələr yaydığı üçün onu söyməyə başlayıblar.

Daha sonra məktəblilər gənci soyunmağa məcbur edərək çəkdikləri videonu başqalarına da göstərəcəkləri ilə bağlı hədə-qorxu gəliblər. Zərərçəkən geyinmək istəyəndə isə onu döyüblər.

Faktla bağlı cinayət işi başlanıb.

Məlumata görə, həmin an yeniyetmələr sərxoş olublar. Bildirilir ki, zərərçəkənin səhhətində problemlər var, ona görə də oxumaqda çətinlik çəkir.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan