"Apple" şirkətinin ilk və orijinal kompüterlərindən olan "Apple 1" hərraca çıxarılıb.
Gent.az xəbər verir ki, Steve Jobs tərəfindən hazırlanan kompüter "eBay" hərracında satışa çıxarılıb. 1976-cı ildə istehsal olunmuş cihaz tam işlək vəziyyətdədir. Nadir əşyalardan hesab olunan bu kompüter hərraca 1,5 milyon dollar qiymətinə çıxarılıb.
Kompüterin indiki sahibi onu 1978-ci ildə alıb.
Qeyd edək ki, "Apple 1" "Apple" şirkətinin istehlakçılara təqdim etdiyi ilk məhsul olub.