“HMD Global” şirkəti düyməli “Nokia” telefonunun yeni versiyasını istehsal edəcək.
Gent.az xəbər verir ki, bu telefon 2003-cü ildə təqdim edilən “Nokia 3650”-nin yenilənmiş versiyası olacaq. Əfsanəvi telefon qeyri-adi dizayna malikdir.Telefonun klaviaturası aşağı hissədə və dairəvi formada olacaq.
Qiyməti barədə dəqiq məlumat verilməyən telefonun nümayişinin yaxın həftələrdə keçirilməsi planlaşdırılır.
"Nokia 3650" modeli 2003-cü ilin fevralında satışa çıxarılıb. Telefon 176х208 piksel təsvir ölçülü ekrana, 4 giqabaytlıq yaddaşa malik olub.