Sözsüz ki, bir çox restoran, kafe, bistroda sizə bir çox yemək çeşidləri təklif edə bilərlər.
Lakin dünyaca məşhur aşbazlar bəzi yeməklərin bu cür iaşə obyektlərində sifariş edilməsinə o qədər də yaxşı baxmırlar. Sizə bu siyahını təqdim edirik.
“Well done” səviyyəsində qızarldılmış steyk
Məçhur amerikalı aşbaz Ceyms Brişon iddia edir ki, aşbazlar adətən yaxşı qızardılmış ət sifarişindən zəhlələri gedir və bunun üçün onlar ətin qaba və nazik hissələrini istifadə edir.
Qeyri-xüsusi yeməklər
Əgər bir restoranın menüsündə yapon, italyan, havay və gürcü mətbəxinə aid yeməklər varsa, əmin olun ki, baş aşbaz yalnız bir mətbəxi əla bilir. Əgər ilk sifarişdən onun bacardığı mətbəxə aid yeməyi ala bildinizsə özünüzü bəxtəvər hesab edə bilərsiniz
Holland sousu
Holland sousu və ya hollandez fransız mətbəxinin 4 klassik sousundan biridir və paşot yumurta yeməyinin ayırlmaz hissəsidir. Aşbaz Entoni Bördenin dediyinə görə, bu sous çox kaprizlidir (onun tərkibinə 63 dərəcəyədək istidilmiş yumurta sarısı daxildir), xüsusi saxlama şəraiti tələb edir. Bu qaydaya isə, təəsüf ki, hər restoran əməl etmir.
Vaqyü və ya kobe dana əti
Söhbət Yaponiyanın mərmər dana ətindən gedir. E.Börden onun dana əti dünyasının rolls-roysu hesab edir. Bəzi restoran sahibləri sizi aldadıb daha ucuz əti vayü kimi təqdim edə bilərlər.
Müəllif burqerləri
Əlbəttə ki, fua-qralı və ya başqa delikatesli burger sivariş etmək insana cəlbedici gəlir. Amma C.Brişon iddia edir ki, burger kolteti üçün ən kobud – boyun, sinə və qabırğa ətləri istifadə olunur.
Dombalan yağı
C.Brişon qeyd edir ki, dombalan yağının praktiki olaraq heç vaxt dombalana aidiyyatı olmur. Biz bu yağa görə kimya sənayesinə təşəkkür etməliyik. Buna baxmayaraq, nədənsə menüdə onun qiyməti olduqa baha göstərilir.
Delikateslər
Ceyms Brişon qeyd edir ki, kürü, fua-qra və sair delikateslər xüsusi dükanlarda daha ucuz satılır. Ona görə də restoranda bir iki qram həmin delikates sifariş etməkdənsə, qeyd olunan dükanlarda daha çox miqdarını alıb ləzzətlə yemək daha məsləhətlidir.
Dəniz assortisi
ABŞ-ın “Aita and LaRina” restoranlar şəbəkəsinin baş aşbazı Silviya Barban qeyd edir ki, bazar ertəsi dəniz məhsulları sifariş etmək məsləhətli deyil. Restoranlara dəniz məhsulları cümə axşamı gəlir. Ona görə də, bazar ertəsi günü sizə təqdim edilən məhsul o qədər də təzə olmayacaq.
Adında “evsayağı” sözü olan yeməklər
Bir yeməyi ki evdə yeyə bilirsinizsə onu restoranda niyə sifariş edirsiniz. Adətən iaşə obyektlərində sadə və yüksək aşbaz məharəti tələb etməyən yeməklərə verilir.