Ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.
Gent.az xəbər verir ki, o bunları deyib:
"Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.
Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir", - deyə dietoloq qeyd edib.(Publika.az)