Protein pəhrizi

Müəllifinin adını daşıyan bütün pəhrizlər (Atkins, Dükan, Lekter və s.) proteinlərə istiqamətlənib: orada az karbohudrat və yağ, çox balıq və ət var.
Qısa müddətdə bu cür pəhrizlər bədəndə karbohidratları saxlayan suyu aparır, hormonların və fermentlərin yaranmasını sürətləndirir.
Lakin uzun müddət bu pəhrizi saxladıqda, o ketogenləşir.
Qeyd etmək lazımdır ki, biokimya baxımından bu işləyir, lakin böyrək və qaraciyərə təzyiq göstərir.
Qeyd etmək lazımdır ki, ketogen pəhrizi ilk dəfə epilepsiyası olan uşaqlar üçün hazırlanmışdı. Əgər böyrək probleminiz varsa pielonefrit diaqnozu ilə xəstəxanaya düşə bilərsiniz. Əgər əqli işlə məşğul olursansa, bu pəhrizi tətil zamanı tut.
Monopəhrizlər

Qarabaşaq, qatıq, yerpənək, hətta şokolad pəhrizi var. Yalnız bir ərzaq növü yeyirsən. Adətən bunun üçün buğda növləri seçilir.
Belə pəhrizə otursan istədiklərini yeyə bilməyəcəksən.
Kürü və dombalan yesən belə orada bütün vitamin və mineral olmayacaq. Rasionun sürətli dəyişməsi isə orqanizm üçün böyük stressdir.
Üç gündən artıq belə pəhriz tutmaq məsləhət görülmür. Bu müddət ərzində isə bədənindən sadəcə maye çıxacaq.
Çiy pəhriz

Adından göründüyü kimi bu pəhriz məhsulları çiy şəkildə yeməyi tələb edir.
Adətən bu pəhrizi tutanlar qurumeyvə və buğda növləri ilə qidalanır. Lakin eləinsanlar var ki, hətta çiy ət və balıq da yeyirlər.
Əslində meyvə və tərəvəzləri məhz bu cür yemək lazımdır. Amma çiy yumurtadan salmonelezə, ət və balıqdan qarın qurdlarına və s. yoluxa bilərsən.
Müalicəvi pəhriz

Başqa cür “Pevzner sayağı masa” adlanır. Bu cür pəhrizlərdə hər bir xəstəlik üçün fərqli pəhriz müəyyən olunur. Məsələn, qastrit zamanı – üyüdülmüş buğda şorbaları, zədə aldıqda – yumurta, yağ və zülal, ürək problemləri zamanı – bişmiş balıq, qaymaq və gicitkan. Bunları gündə 5-6 dəfə yeməlisiniz.
Olduqca xeyirli pəhrizdir. Əsas odur ki, bir-iki aydan çox tətbiq edilməsin.
İradəni yoxlamaq

Bu yaxınlarda fitnes-bloqer Entoni Hovar-Krou bir eksperiment keçirdib – o 100 gün ərzində gündə 2 500 kilokaloridən çox olmamaq şərti ilə yalnız dondurma və viski ilə qidalanıb. Nəticədə o 15 kiloqram çəki verib.
Beləliklə o arıqlamaz üçün alınan və sərf edilən kalorilərin nisbətinin vacib olduğunu sübut edib. Düzdür pəhirizn son mərhələsində o özünü pis hiss edirdi, dondurma və viskidən isə bezmişdi.


