Elə bitkilər var ki, adını bilməsək də, min bir dərdə dərmandır.
Məsələn, qüdrət narı, bəzi yerlərdə Afrika xiyarı, acı qovun, balzam alması və ya armudu kimi tanınan meyvə haqqında eşitmisiniz?
Gent.az xəbər verir ki. bu bitki barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində məlumat verib.
O bildirib ki, bitki latınca "momordica" ("dişlənmiş") adlanır və sanki yeyilmiş vəziyyətdə bitir. Kal olarkən yaşıl, yetişəndə sarı-qırmızıya çalan rəng alır.
Vətəni Hindistan olsa da, Azərbaycan da yetişdirilir. Türkiyədə isə çox məşhurdur.
Həkimin sözlərinə görə, bu nar növü əczaçılıq sahəsində geniş istifadə olunur.
Qüdrət narı bol su və günəşlə təmin olunarsa, onu hətta dibçəkdə də yetişdirmək mümkündür. Əksər xəstəliklərin müalicəsində istifadə edilən nar, həm də kolit, qastrit kimi mədə və bağırsaq pozulmalarına da güclü təsir edir.
Qüdrət narlı xüsusi məcun 1 çay qaşığı 3 dəfə yeməkdən öncə yeyilir və həzm xəstəlikləri üçün yaxşıdır.
Gündə bir qaşıq qüdrət narı, bal və zeytun qarışımı bağırsaqlardakı qəbizlik problemini aradan götürür.
Bəzi araşdırmalara görə, qüdrət narının faydalarından biri də şişin qarşısını almaq və hüceyrə sağlamlığını qorumaqdır. Bunun üçün xalis zeytun yağı içində 6 ay gözlədilən qüdrət narından 1 xörək qaşığı götürüb 1 xörək qaşığı balla qarışdıraraq açqarına yemək məsləhətdir.
Meyvənin üst hissəsi və yarpaqları şəkər xəstəliyi zamanı istifadə olunur.(big.az)