Brokoli şorbası
Ərzaq:
500 qram brokoli
7 stəkan su
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı un
1,5 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər
Hazırlanması:
Brokolini kiçik hissələrə bölüb qaynadın. Qaynadıqdan sonra brokkoliləri çıxarıb suyunu kənara qoyun. Zeytun və kərə yağı qızdırıb üzərinə unu əlavə edib qoxusu gələnə və açıq rəng alana qədər qovurun. Brokolininin suyunu qovrulmuş unun içinə az-az əlavə edərək qarışdırın. Unun topa-topa olmaması üçün dayanmadan qarışdırmaq lazımdır. Bu şəkildə 2-3 dəqiqə qaynadıqdan sonra əvvəlcədən bişirdiyiniz brokolini içinə əlavə edin. Şorbanı blenderindən keçirib üzərinə sonda duz, qara bibər əlavə edib qarışdırın.
Sultan kababı
Ərzaq:
İçlik (ət) üçün:
250 qram qiymə ət
1 soğan
1 xörək qaşığı tomat
3 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Tərəvəz hissəsi üçün:
2 kartof
1 bolqar bibəri
2 yaşıl bibər
1 stəkan noxud
Sousu üçün:
2 qaşıq kərə yağı
2 xörək qaşığı un
3,5 - 4 stəkan süd
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Bükmək üçün:
3 yayma
Üzəri üçün:
100 qram sürtgəcdən keçirilmiş pendir
Hazırlanmas:
Əti bişirin. Suyu çəkildikdən sonra yağ, doğranmış soğan və tomat əlavə edib qovurun. Üzərinə su əlavə edib bişməyə buraxın. Bunun üçün yarım saat kifayətdir. Ət bişərkən tərəvəzləri kvadrat formasında doğrayın və çox az yağla bişirin. Bişmiş ət və tərəvəzləri birləşdirib, qarışdırın.
Yaymanı kiçik bir qabın içində kənarları qalacaq çəkildə açın. İçliyi yaymanın ortasına qoyub yaymanın kənarlarını kip formada bağlayın.
Sousu üçün kərə yağı ilə unu qoxusu çıxana qədər qovurun və az-az süd əlavə edib qarışdırın. Ədviyyat əlavə edin. Qarışımı xəmirlərin üzərinə bir qaşıq olmaqla əlavə edin. Üzərinə sürtgəcdən keçirmiş pendir qoyub 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
Fincan şirniyyatı
Ərzaq:
1 litr süd
2 qəhvə fincanı un
1 xörək qaşığı marqarin
2 yarım qəhvə fincanı şəkər
1 paket vanil
1 stəkan rəndələnmiş kokos
Üzəri üçün:
6 çiyələk (istəyə görə banan)
Hazırlanması:
Süd, un və şəkəri qatılaşana qədər çırparaq qarışdırın. Krem qatılaşıb qaynamağa başlayanda marqarin və vanilini əlavə edib yenidən qarışdırın. Qarışımı qəhvə fincanına 2 barmaq boşluq qoyaraq tökün. Qarışım otaq temperaturuna düşdükdən sonra ən azı 4 saat soyuducuda soyumağa qoyun.
Şirniyyatı fincandan çıxarıb üzərinə kakos səpin. Sonda üzərinə sevdiyiniz meyvə dilimləri qoyun.(axşam.az)