Pastisio
Ərzaq:
Zeytun yağı - 1 x/q.
Xırda doğranmış soğan - 1 ədəd
Sarımsaq - 3 diş
Qoyun ətinin qiyməsi - 500 qr.
Xırda doğranmış badımcan - 1/2 ədəd
Tomat pastası - 2 x/q.
Konservləşdirilmiş pomidor - 400 qr.
Zirə - 1 x/q.
Dəfnə yarpağı - 2 ədəd
Tərəvəz bulyonu - 150 ml.
Makaron - 350 qr.
Kərə yağı - 50 qr.
Un - 15 qr.
Süd - 1,5 st.
Yumurta - 1 ədəd
Çeder pendiri - 50 qr.
Duz və istiot zövqə görə
Hazırlanması:
Əvvəlcədən isidilmiş kərə yağına soğanı və əzilmiş sarımsağı töküb, 3 dəqiqə qovurduqdan sonra, üzərinə qiyməni, badımcanı əlavə edib, 4 dəqiqə qızart. Sonra tomat pastasını, konservləşdirilmiş pomidoru, tərəvəz bulyonunu, zirəni töküb, 25 dəqiqə bişir. Sobanı 180 dərəcədə isit. Makaronu suya töküb bişir. Sous üçün yağı, unu və südü qarışdırıb, qatılaşana qədər sobada saxla. Sonra sobaya qoyacağın qaba makaronların yarısını töküb, üzərinə zeytun yağını, sousun bir hissəsini və əti əlavə edib, qalan makaronu da tök. Kənarda qalan sousa yumurta qatıb, makaronun üstünə tök. Üzərinə sürtkəcdən keçirilmiş pendir əlavə edib, 25 dəqiqə sobada bişir.
Tomatlı şorba
Ərzaq:
Ət bulyonu - 1,5 litr
Düyü - 3 x/q.
Reyhan qurusu - 1/4 ç/q.
Sürtgəcdən keçirilmiş soğan - 2 ədəd
Suda bişmiş ət - 250 qr.
Kərə yağı - 25 qr.
Pomidor - 4 ədəd
Sarımsaq - 1 diş
Hazırlanması:
Pomidorları isti suda yuyub, qabığını təmizləyib, xırda doğra. Tavada yağı əridib, xırda doğranmış əti içərisinə töküb, qovurun. Sonra soğanı, sarımsağı əlavə edib, azacıq qızartdıqdan sonra üzərinə pomidoru əlavə edin. Püre halına gəldikdən sonra üzərinə bulyonu töküb, 45 dəqiqə vam odda saxlayın. Sonda düz, istiot və düyü əlavə edib, 15 dəqiqə bişirin. Süfrəyə verərkən üzərinə reyhan qurusu səpin.
Evdə limonad hazırlayın
Ərzaqlar:
Limon - 2 ədəd
Portağal - 1 ədəd
Şəkər tozu - 5-6 x/q.
Hazırlanması:
Limonu və portağalı sıxıb, şirəsini çıxart. İçərisinə qurudulmuş limon və portağal qabığını əzib tök. Üstünə 700 ml. su və şəkər tozu əlavə edib, yaxşıca qarışdıraraq, bir gecə sərin yerdə saxla. Səhəri gün daha bir xörək qaşığı şəkər tozu əlavə edib, qarışdır və süz. Soyuducuya qoyub, bir neçə saat saxladıqdan sonra içərisinə qazlı su töküb, süfrəyə ver.(axşam.az)