Sağlamlıq və qidalanma üzrə ekspert Eşli Toş bu barədə xəbərdarlıq edib.
Gent.az xəbər verir ki, ekspert etiraf edib ki, heç bir pəhriz xoruldamağı tamamilə aradan qaldıra bilməz, lakin bir sıra qidaların pəhrizdən çıxarılması yuxu zamanı tənəffüs yollarının və sinusların tıxanmasını azalda bilər.
Mütəxəssis axşamlar süd və şirniyyat məhsulları, həmçinin buğda əsaslı məhsullar, o cümlədən çörək və xəmir məmulatlarından istifadə etməməyə çağırıb. O, pendir, qatıq, dondurma və tərkibində laktoza olan digər məhsulları qadağan olunmuş qidalar siyahısına salıb. Onlar burunda selik yaranmasını artırır və xoruldamağa səbəb olur.(lent.az)