Sağlam olmağın əsas şərtlərindən biri də düzgün qidalanmadır. Düzgün qidalanma orqanizmi nəinki enerji ilə təhciz etməyə kömək edir, həm də bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Gün ərzində qəbul edilən qidalardan ən vacibi isə səhər yeməyidir.
1. Hər gün səhər yeməyi yemək sizi sağlam edər
Hər gün nizamlı olaraq təbii qidalardan ibarət səhər yeməyi yemək insulin səviyyəsini normaya salır, diabet və köklük riskini azaldır.
2. Enerjini artırır
Hər gün səhər yeməyi yemək enerjini artırır. Araşdırmalar göstərir ki, səhərlər düzgün qidalanan insanlar digərlərinə görə gün ərzində daha fəal və pozitiv olurlar. Bunun üçün yumurta ağı kimi enerjinizi yüksək tutacaq sağlam qidalar seçim etməlisiniz.
3. Metabolizmanı sürətləndirir
Səhər yeməyi metabolizmanı sürətləndirir. Araşdırmaların nəticələrinə görə səhərlər qidalanmayan insanlar gün ərzində daha kalorili yeməklər yeyərək sürətlə kilo alır.
4. Məşq etmənizi asanlaşdırır
Məşqdən öncə yemək sizə enerji verəcək, dmanla daha çox məşğul olmanıza şərait yaradacaq. İdmandan öncə yemək istəməyənlər meyvə ilə qidalana bilərlər.
5. Kilo atmağa kömək olur
Həkimlər bildirir ki, nizamlı olaraq səhər yeməyi yeyən insanlar nahar daha tez arıqlaya bilirlər. Ancaq xəmir işlərindən, şəkərdən uzaq olmalı yulaf məhsullarına və ya yumurta ağı kimi proteinli qidalara üstünlük verməlisiniz.
6. Zəkanı gücləndirir
Səhər yeməyinin ən önəmli faydalarından biri də zəkanızı möhkəmləndirməsidir. Yəni, beyninizi açır, fikir fəallığınızı artırır və daha diqqətli olmanıza səbəb olur. Səhər qəbul edilən yumurta, südlü sıyıq, meyvə şirəsi gün ərzində özünüzü daha yaxşı hiss etmənizə səbəb olacaq.
7. Gün boyu sağlam qidalanmanıza kömək olur
Proteinlə zəngin səhər yeməyi sizi daha uzun müddət tox tutar, özünüzü xoşbəxt və gümrah hiss etmənizi təmin edər. Beləliklə, naharadək acmayacaq, ayaqüstü qeyri-sağlam yeməklərə ehtiyac duymayacaqsınız.