Cheesecake, əsasən krem pendirdən hazırlanan, alt qatı biskvit və ya peçenye əsasında qurulan məşhur desert növüdür. Yumşaq, kremli quruluşu və müxtəlif meyvə sousları ilə bəzədilməsi ilə sevilir. Cheesecake həm sobada bişirilə, həm də sobasız, soyuq şəkildə hazırlanaraq soyuducuda bərkiyə bilər. Vanil, limon, şokolad və giləmeyvə əlavələri ilə dadlandırılan cheesecake, həm gündəlik şirin kimi, həm də xüsusi günlərdə tort əvəzi olaraq təqdim olunur.
Gent.az ən asan və dadlı cheesecake reseptini təqdim edir:
Ərzaqlar
Alt qat (biskvit bazası) üçün:
200 qram yulaflı peçenye (və ya istənilən sadə peçenye)
100 qram kərə yağı (əridilmiş)
Krem qat üçün
400 qram krem pendir (Philadelphia və ya başqa)
200 millilitr çalınmış qaymaq (və ya şirin krem – “whipping cream”)
100 qram şəkər tozu
1 paket vanilin
1 xörək qaşığı limon suyu (isteğe bağlı)
Üzəri üçün
İstəyə görə meyvəli sous (moruq, çiyələk, qaragilə və s.)
Qat-qat cem və ya əridilmiş şokolad da ola bilər
Hazırlanması:
Alt qatın hazırlanması
Peçenyeləri blenderdə xırda toz halına gətir. Üzərinə əridilmiş kərə yağı əlavə edib qarışdır. Bu qarışığı tort qəlibinin altına bərabər yay və qaşıqla sıxaraq möhkəmləndir. Soyuducuya yerləşdir, 15–20 dəqiqə bərkiməsi üçün saxla.
Krem qatın hazırlanması
Krem pendiri, şəkər tozunu və vanilini mikserlə çal. Üzərinə limon suyu əlavə et. Ayrı qabda çalınmış qaymağı (whipping cream) bərkiyənədək çal, sonra pendirli qarışığa asta-asta əlavə et. Hazır kremi peçenye qatının üstünə tök və hamarlayıb soyuducuya qoy. Ən azı 4 saat, ideal olaraq gecədən səhərə qədər saxla.
Üzərinin bəzədilməsi
Üstünü meyvəli sous, təzə meyvələr, marmelad və ya cemlə bəzə. Dilimlə və servis et.
Tövsiyə
Əgər daha da fərqli ləzzət istəyirsənsə, krem qatına az miqdarda limon qabığı rəndələyə və ya vanil ekstraktı əlavə edə bilərsən. Hazır olduqdan sonra dostların və ailən bu asan cheesecake-i yedikcə reseptini istəyəcək
Nuş olsun!