Bəzi cütlüklər üçün seks ikinci planda olsa da, bəziləri üçün həyat fəlsəfəsidir.
Belə insanlara görə uğurlu və davamlı münasibətin əsası seksdir.
Astrologiyaya inansaq, seksə aludə insanlar xüsusilə bu bürclər altında doğulurlar.
Gent.az həmin bürcləri təqdim edir:
ƏQRƏB
Seks dedikdə ağıla ilk gələn bürc Əqrəblərdir. Əqrəb bürcü altında doğulanlar hər insana güvənmirlər. Əqrəblər üçün seksdə də güvən önəmlidir. Onlar emosional olaraq bağlı olduqları və güvəndikləri insanla seksə üstünlük verirlər. Əqrəb bürcü insanları partnyorlarını yataqda zirvələrə ucaldırlar.
QOÇ
Qoç bürcünü seks akrobatları adlandırmaq daha doğru olar. Hədsiz ehtiraslı olan bürclər seksin daha da şəhvətli olmasına önəm verirlər.Uzun öpüşlər, masajlar, erotik sözlər Qoç bürcü insanlarının seksdəki vazkeçilməzidir.
ŞİR
Şir bürcü seksə ən aludə insanların bürcüdür. Xüsusən də, seks onların eqolarını oxşayırsa. Şir bürcü insanları seksdə sığalı, öpüşləri və mükəmməl olduqlarının bildirilməsini sevirlər. Onlar ehtiraslı və alovludur, sərhəd tanımırlar. Şirlər həm də səxavətli aşiqlərdir, qarşılığını artıqlaması ilə qaytaracaqlar.
OXATAN
Oxatan bürcü üçün də seks vazkeçilməzdir. Onlar da Şirlər kimi çox ehtiraslıdır. Lakin Oxatan bürcü altında doğulanlar üçün seksdən öncəsi də mühümdür. Onlar pozitivliyi sevdikləri üçün seks öncəsi əylənməyə üstünlük verirlər. Oxatanlar da seksdə sərhəd tanımırlar. Buna görə də, astrologiyanın çılğın övladları bəzən eqoistlik edib partnyorlarının istəklərinə məhəl qoymurlar.
DOLÇA
Dolça bürcləri azad ruhludur. Onlar bağlanmağı sevməsələr də, seksə vurğundurlar. Məcburiyyəti sevmədikləri üçün spontan cinsi əlaqə vazkeçilməzləridir. Dolçalar seksi sadəcə duyğusal bağlılıqları olan insanlarla yaşamağı sevirlər.
TƏRƏZİ
Cinsi əlaqəyə böyük önəm verən Tərəzilər üçün hər iki tərəfin seksdən eyni dərəcədə zövq alması və xoşbəxt olması vacibdir. Onlar gözəllikdən anlamayan, kobud insanlarla sevişə bilmirlər.Seksdə mehriban və romantik insanlara önəm verirlər. Romantizm Tərəzi bürcü altında doğulan insanlar üçün əsas şərtlərdəndir.
BALIQLAR
Balıqlar seksdən daha çox sevgiyə əhəmiyyət verirlər. Onlara görə sevişmək üçün sevgi mütləqdir. Balıq bürcü insanları seks zamanı şəhvət və ehtirası birləşdirməyi bacarırlar. Həssas olan Balıqlar seksdə heç vaxt üstün tərəf olmağı seçmir. Onlar üçün həssas davranış önəmlidir.
ƏKİZLƏR
Əkizlər bürcü seksdə bütün yenilikləri maraqla qarşılayır. Ehtiraslı Əkizlər romantik anlarda sözün gücünə inanır. Onlar seksdə də intellektuallığa önəm verirlər. Partnyorunun danışığı onun ehtirasını daha da artırır. Fərqli məkanlarda sevişmək Əkizlər bürcü insanlarının şəhvət hislərini daha da alovlandırır.(savash.org)