Bir qadınla kişinin ilk dəfə birlikdə olduqları zaman danışdıqları mövzular adətən oxşar olur.
Gent.az xəbər verir ki, kişilər çox vaxt eyni sualları verir, qadınlar da həmin suallara bənzər cavablar verirlər. Bir çox qadın isə bu sual-cavab mərhələsini kiçik yalanlarla keçməyə çalışır.
Yalan 1
Kişi:
– Canım, məndən əvvəl neçə nəfərlə münasibətin olub?
Qadın:
– İki və ya üç nəfərlə. Amma sən əvvəlkiləri mənə unutdurdun.
Həqiqət:
Qadınlar ilk münasibətlərini asanlıqla unutmurlar. Böyük ehtimalla o da ilk sevgisini tam unuda bilməyib. Bəzi qadınlar bu zəifliklərini gizlətməyi üstün tuturlar. Qarşı tərəfi incitməmək üçün isə belə cavab verməyi daha uyğun hesab edirlər.
Yalan 2
Münasibətdən sonra kişi və ya qadın adətən bundan nə qədər zövq aldıqları barədə suallar verir. Hətta bunu birbaşa soruşmasalar belə, qarşı tərəfin fikrini öyrənməyə çalışırlar.
Kişi:
– Necəsən, canım? Necə idi?
Qadın:
– Çox yaxşı idi, özümü möhtəşəm hiss edirəm.
Qadının iç səsi:
– Aman Allahım, çox pis idi.
Həqiqət:
Bəzi qadınlar orgazm olmadıqlarını gizlədir və ya orgazm olmuş kimi davranırlar.
Yalan 3
Kişilər də xarici görünüşlərinə və bədən quruluşlarına əhəmiyyət verirlər. Birlikdə olduqları qadınların bu barədə nə düşündüyünü hiss etdirmədən yoxlamağa çalışırlar. Qadınlar da bunu bildikləri üçün bəzən kişini tərifləyirlər.
Kişi:
– Bədənimi necə qiymətləndirirsən?
Qadın:
– Möhtəşəm bədənin var, əzələlərini yaxşı inkişaf etdirmisən.
Qadının iç səsi:
– Adamın qarnı yağ bağlayıb, amma hələ də özünü Bred Pitt hesab edir…
Həqiqət:
Kişilər çox vaxt qadınların kişinin xarici görünüşünə o qədər də fikir vermədiyini düşünürlər. Ancaq bir çox qadının artıq çəkili və qarınlı kişiləri cəlbedici hesab etmədiyi də məlum bir həqiqətdir.

