Bu suala tibbi baxımdan cavab tapmaq lazımdır.
Gent.az xəbər verir ki, intim münasibət təkcə bədənləri deyil, həm də ruhları və qəlbləri birləşdirir.
Seks sadəcə böyük həzz mənbəyi deyil. Nizamlı cinsi həyat cinsi impulsları təmin edir və insanı stress, əsəbilik və narahatlıqdan qoruyur.
Xatirələr təzələnir. Həyat yoldaşları bir-birlərinə daha çox bağlanır, bir-birləri haqqında daha çox düşünür və harmoniyada olurlar. Onlar keçmiş təcrübələri haqqında danışır və şüurlarında xoş xatirələri təzələyirlər.
Ürəkləri birləşdirir. Seks təkcə bədənləri deyil, həm də ruhları və qəlbləri birləşdirir. Xüsusilə qadınlarda seks istəyi fiziki fəaliyyətdən çox ruhu doyurmaq məqsədi ilə özünü göstərir
Seks həm kişiləri, həm də qadınları bir-birinə qarşı daha dözümlü edir.
Münasibətləri möhkəmlədir. Seksuallıqda eqoizmin yoxa çıxması bütün ümumi məsələlərdə daha açıq tərəfdaşlıq yaradır. Həyat yoldaşlarının bir-birlərinə hiss etdikləri xoşbəxtlik yeni fantaziyalar yaratmağa sövq edəcək.
Məlumat mübadiləsi artır. Həyat yoldaşlarının cinsəllik haqqında məlumatlı olması münasibətlərin müvəffəqiyyəti və müxtəlifliyi üçün vacibdir. Partnyor nə qədər çox cinsi təcrübə keçirsə və ya nə qədər çox cinsi üsullar bilirsə, bir o qədər uğurlu olur.
Xoşbəxtlik gətirir. Həyat yoldaşları cinsi həyatları ilə bağlı məsələlərdə çox diqqətli seçim etməli və mütləq həyat yoldaşının fikrini soruşmalıdırlar. Nizamlı və xoşbəxt cinsi həyat sağlamlıq, xoşbəxtlik və sülh gətirəcək.(medicina.az)