Moskvanın şimal-qərbində masaj salonunun əməkdaşı müştərisinə cinsi təcavüz etdiyinə görə saxlanılıb.
Gent.az xarici mediaya istinadla bildirir ki, bu barədə paytaxtın Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Zərərçəkənin dediyinə görə, kişi masaj seansı zamanı cinsi təcavüz edib.
İstintaq Komitəsi və polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı cinayəti törətməkdə şübhəli bilinən 39 yaşlı Tacikistan vətəndaşı saxlanılıb. Müstəntiqin dindirilməsi zamanı o, hər şeyi etiraf edib.
Masajçıya qarşı Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət işi başlanıb.