Səfəri daha da rahat və unudulmaz etmək üçün çox da baha olmayan və bir çox turistin heç düşünmədiyi sadə üsullar mövcuddur.
Gent.az xarici mediaya istinadla bildirir ki, təcrübəli turistlər adətən səyahətin planlaşdırılması ilə bağlı ciddi məsləhətlər verir – bilet və otelə qənaət, cibgirlikdən qorunma və s.
Amma elə kiçik və nəzərə çarpmayan şeylər var ki, onlar səfəri daha rahat və keyfiyyətli edə bilir.
“Sizin üçün səyahəti qat-qat yaxşılaşdıran sadə bir lifehack, kiçik bir cihaz və ya axırıncı anda yığdığınız nəsə varmı”?
“İki bölməli sıxlaşdırıcı geyim kisələri. Torlu hissə təmiz, bağlanmış hissə isə çirkli paltarlar üçün. İlk dəfə istifadə etdim və iki həftəlik səyahətdə hansı paltarın təmiz, hansının yuyulmağa ehtiyacı olduğunu bilmək çox rahat oldu”.
“Həmişə özümlə şəffaf, yüngül şərf götürürəm. Otellərdəki çox parlaq işıqları yumşaltmaq üçün üstünə örtmək çox işimə yarayır”.
“Kompakt, qatlanan alış-veriş çantası – illər əvvəl təsadüfən almışdım. İndi isə həmişə çantamda birini saxlayıram, çox lazımlı olur”.
“Yüngül, uzunqol, ipək köynək daşıyıram. Asan yuyulur, tez quruyur. Həm sərin havada isinmək, həm də isti gündə özümü rahat hiss etmək üçün idealdır”.
“Həmişə yanımda zibil torbaları olur. Üstəlik, səyahətdən dönməzdən əvvəl otağımı yığışdırıram. Geri qayıdanda yorğun olursan və səliqəli otağa gəlmək əsl hədiyyədir”.
Digər faydalı məsləhətlər
Qatlanan qab-qaşıq
Multitool (əgər təyyarədə icazəlidirsə)
Birdəfəlik çay, qəhvə və ədviyyat paketləri
Yara üçün plastırlar və antiseptiklər
Qulaq tıxacları və rahat yatmaq üçün göz maskaları
Gülməli cavablar da var
“Ailəni evdə qoyuram. Hahahahaha”
“Tək səyahət edirəm – partnyorumsuz. LOL.”
“Düzgün yoldaş və... elektrolitlər
Səyahəti gözəlləşdirən mütləq böyük xərclər və ya mürəkkəb planlar deyil. Bəzən bir ədəd şərf, bir cüt geyim torbası, ya da çimdik duz belə sizi xilas edə bilər.