Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gundem.az xəbər verir ki, havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.