Türkiyəli sosial media fenomeni Fatma Soydaş "instagram" abounəlik sistemindən 3 günə 1 milyon TL (37 min 500 manat) qazanıb.
Gent.az xəbər verir ki, Ramazan ayında Nihat Hatipoğlunun proqramına tamaşaçı olaraq qatılan və sonradan onun oğlu Said Hatipoğlu ilə çəkdiyi viral video ilə məşhurlaşan Fatma Soydaş "instagram"da abunəlik sistemini aktivləşdirib.
"İnstgram"da 3 günə 1 milyon TL qazanan Soydaş daha sonra "TikTok" platformasında canlı yayımdan 42 dəqiqə ərzində 323 min TL qazanıb.
Beləliklə, 18.1 min ödənişli abunəyə çatan Fatma Soydaş aylıq gəlirini 1.044.000 TL-ə yüksəldib.
Üç gün əvvəl isə Soydaşın buradan əldə etdiyi aylıq gəlir 648.000 TL idi.

