Birləşmiş Millətlər Təşkilatının Meteorologiya Agentliyi 2023-cü ildə rekord qıran isti ildən sonra planetdə havanın bir qədər soyuyacağını proqnozlaşdırır.
Gent.az ın xarici mətbuata istinadən xəbərinə görə, bu, “El-Nino” təbiət hadisəsinin “La-Nina” ilə əvəzlənməsi ilə bağlıdır.
Təfərrüatlar
İqlimşünaslar bildirirlər ki, “El-Nino”da sona çatma əlamətləri göründüyü üçün istilər yaxın bir neçə ay ərzində azalmalıdır. Bununla belə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi səbəbindən qlobal temperatur uzun müddət ərzində yüksəlməyə davam edəcək.
Okeanlar iqlim dəyişikliyindən əhəmiyyətli miqdarda istilik saxladıqları üçün “El-Nino”dan “La-Nina”ya dəyişmək daha güclü qasırğalara səbəb ola bilər. ABŞ-da Milli Okean və Atmosfer İdarəsi iyun-noyabr ayları arasında Atlantik okeanında dörd-yeddi böyük qasırğa gözlədiyini bildirib.
Qeyd edilir ki, 2020-ci ildən 2023-cü ilin əvvəlinə qədər davam edən “La-Nina”nın soyuducu effekti nəzərə alınmaqla belə, son doqquz il tarixdə ən isti il olub. Dekabr ayında zirvəyə çatan ən son “El-Nino” rekordların ən güclü beşliyindən biri idi.