Çox güclü leysan yağacaq - Sabahın HAVASI

Sosial1 dəq oxu
Çox güclü leysan yağacaq - Sabahın HAVASI

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan