Beynəlxalq IQ Testinin 2025-ci il üçün açıqladığı nəticələrə əsasən, Azərbaycan orta IQ göstəricisinə görə 98,71 bal ilə 48-ci pillədə yer alıb.
Siyahıya 107,19 orta göstərici ilə Çin başçılıq edir. Onun ardınca Cənubi Koreya (106,43) və Yaponiya (106,4) gəlir. İlk beşliyi İran (106,3) və Sinqapur (105,14) tamamlayır.
Tədqiqat, 2024-cü ildə eyni IQ testini cavablandıran 1 milyon 352 min 763 nəfərin nəticələri əsasında hazırlanıb.
Siyahının ilk 10 ölkəsi:
Çin – 107.19
Cənubi Koreya – 106.43
Yaponiya – 106.4
İran – 106.3
Sinqapur – 105.14
Rusiya – 103.16
Monqolustan – 102.86
Ermənistan – 102.58
Avstraliya – 102.57
İspaniya – 102.3