2025-ci ilin yayı parlaq dəyişikliklər dövrü olacaq – xüsusilə də saç rəngləməsində. Stilistlər artıq mövsümün əsas rəng trendini müəyyən ediblər.
Gent.az bu rəngləri sizə təqdim edir:
Yay – təcrübələr vaxtıdır
Alina Vetrovanın sözlərinə görə, yay aylarında qadınlar təravətli və yeni görünmək istəyirlər. Təbii, amma effektli tonlar bu mövsümdə xüsusilə dəbdədir – üz cizgilərini vurğulayan və güvənli, müasir qadın obrazı yaradan rənglər ön plandadır.
Yayın əsas trendi – yumşaqlıq, istilik və günəş işığı effekti
Bu yay yumşaq və isti tonlar dəbdə olacaq. Trendlərin zirvəsində:
Çiyələk blond – həm qaralmış dəriyə, həm də təbii dəri tonuna uyğun gələn parlaq, zərif rəng.
Bal-karamel – xüsusilə şabalıdı və açıq qəhvəyi saçlara sahib olan qadınlar üçün ideal seçimdir.
Brünetlər üçün isə:
İsti parıltılı şokolad – dərinlik və yumşaqlıq əlavə edən, eyni zamanda klassik görünüşdən çıxmadan yeni hava qatan bir rəngdir. Qeyd edək ki, əvvəlki illərin soyuq platin blondları bu yay ikinci plana keçir, onların yerini isə daha canlı və zəngin tonlar tutur.
Günəş öpüşü effekti yenidən dəbdədir
Bu yay ən çox tələb olunan texnikalardan biri — soft balayage olacaq. Bu, rəngin yumşaq keçidi ilə saçlarda günəşdə yanmış kimi təbii bir görüntü yaradır.
Rəngli eksperimentlər: çəhrayı-şaftalı və mirvari-bənövşəyi
2025-ci ilin yayı cəsarətli qadınlar üçün də sürprizlər hazırlayıb. Xüsusilə böyük şəhərlərdə:
Çəhrayı-şaftalı
Mirvari bənövşəyi (soyux, axşam işığında xüsusilə cazibədar görünən bir ton)
kimi qeyri-adi rənglər trend olacaq.
Vetrova qeyd edir:
“Gənclər arasında qeyri-adi rənglər hələ də populyardır. Əsas məsələ – dərinizin tonuna uyğun rəng seçmək və saçlara düzgün qulluq etməkdir.”
Baxım – gözəl və uzunmüddətli rəngin sirri
Yayda saçlar günəş, dəniz suyu və külək təsirinə məruz qalır. Bu, ən bahalı boyamanın belə tez bir zamanda pozulmasına səbəb ola bilər.
Mütəxəssislərin tövsiyələri:
UV-filtrli günəşdən qoruyucu sprey və şampunlar istifadə edin. Bərpaedici maskalar mütəmadi olaraq tətbiq edin
Vetrova deyir:
“Doğru qulluq – yayda saç boyasının qalıcı olması və parıltısını qoruması üçün vacibdir.”
Nəticə: 2025-ci ilin yayı – təbii, parlaq və qayğı ilə seçilən saçların mövsümüdür. Rəng seçimində öz fərdiliyinizə uyğun ton tapmaq və saçlarınıza diqqət yetirmək əsas şərtdir.