Yaşlanma əlamətlərindən xilas olmaq və üzün ehtiyac duyduğu möhkəmliyi bərpa etmək üçün 30 yaşdan etibarən dolgu tətbiqləri edilə bilər.
Gent.az xəbər verir ki, ancaq doldurulacaq nahiyədə açıq yara, sızanaq kimi problemləri olan xəstələrə bu əməliyyatı etdirmələri tövsiyə edilmir.
Bəs, dolğu hansı hallarda tətbiq olunur?
- Üz sallanmasının aradan qaldırılması
- Alındakı xəttlərin aradan qaldırılması
- Yanaq sümüklərinin aydınlaşdırılması
- Dodaq ətrafındakı qırışların aradan qaldırılması
- Dodaqların formalaşdırılması və dolğunlaşdırılması
- Qaşların qaldırılması və qaşlar arasındakı xətlərin aradan qaldırılması
- Çənə xəttinin aydınlaşdırılması
- Burnun qaldırılması və formalaşdırılması
- Sızanaq və ya çapıqları yaxşılaşdırmaq üçün dolğu tətbiq oluna bilər.(lent.az)