Sperma sayı və keyfiyyətini necə artırmaq olar?

Tibb2 dəq oxu
Sperma sayı və keyfiyyətini necə artırmaq olar?

​Valideyn olmaq istəyən kişilər üçün sperma keyfiyyəti (morfologiya) və sayı həlledici faktordur.

Gent.az xəbər verir ki, həyat tərzində edilən düzgün dəyişikliklər bu göstəricilərə ciddi müsbət təsir göstərə bilər.

​Qidalanma sperma istehsalı prosesinin əsasını təşkil edir. Xüsusilə sink, selen və müxtəlif antioksidantlarla zəngin qidalar bu prosesi dəstəkləyir:

  • ​Sink mənbələri: Testosteron səviyyəsini tənzimləyən balqabaq tumu, qırmızı ət və dəniz məhsulları (xüsusilə stridiya) kişi sağlamlığı üçün əvəzolunmazdır.
  • ​Vitamin və antioksidantlar: Banan tərkibindəki bromelin enzimi ilə hərəkətliliyi artırır. Pomidordakı likopin sperma quruluşunu yaxşılaşdırır, sitrus meyvələrindəki C vitamini isə spermaların bir-birinə yapışmasının qarşısını alır.
  • ​Enerji mənbələri: Tünd şokoladın tərkibindəki L-arginin sperma həcmini artırır. Sarımsaq qan dövranını sürətləndirir, qoz və badam isə Omega-3 sayəsində cinsiyyət orqanlarına qan axınını təmin edir.

​Ümumdünya Səhiyyə Təşkilatının standartlarına əsasən, sağlam bir sperma analizində (spermoqramma) aşağıdakı göstəricilər əsas götürülür:

Sperma sayının hər millilitrdə minimum 15 milyon olması vacibdir. Ümumi hərəkətlilik ən azı 40-42% təşkil etməli, bunun da minimum 30-32%-i aktiv şəkildə irəliyə doğru hərəkət etməlidir. Quruluş (morfologiya) baxımından isə spermaların ən azı 4%-nin tam normal formada olması normal məhsuldarlıq üçün kifayət hesab olunur.

​Həyat tərzində diqqət edilməli məqamlar

  • ​İstilik faktoru: Sperma istehsalı üçün xayaların bədən temperaturundan daha sərin olması lazımdır. Buna görə də dar alt paltarlarından, saunadan, isti vannalardan və noutbuku diz üstə saxlamaqdan qaçınmaq lazımdır.
  • ​Zərərli vərdişlər və çəki: Artıq çəki (piylənmə) və xroniki stress hormon balansını pozur. Siqaret, alkoqol və narkotik vasitələr isə sperma sayını azaldaraq onların formasını zədələyir.
  • ​İnfeksiyalar və müdafiə: Cinsi yolla yoluxan infeksiyalar sonsuzluğun əsas səbəblərindən biridir. Müdafiəli cinsi əlaqəyə üstünlük vermək bu riskləri minimuma endirir.
  • ​Dərmanlar və kimyəvi maddələr: Əzələ artırıcı anabolik steroidlər, bəzi antidepressantlar və iş mühitində məruz qalınan ağır metallar (qurğuşun, pestisidlər) sperma keyfiyyətinə ciddi zərbə vurur.

​Nəticə olaraq sağlam qidalanmaq, ideal çəkini qorumaq, kifayət qədər su içmək və mütəmadi idmanla məşğul olmaq sperma sağlamlığının təməl daşlarıdır. Əgər 1 il ərzində (35 yaşdan yuxarı cütlüklər üçün 6 ay) hamiləlik baş tutmursa, mütəxəssis həkimə müraciət etmək tövsiyə olunur.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan