Həkim-kardioloq Aleksandr Myasnikovun sözlərinə görə, dəri xərçənginə xas olan ləkələrin aşkar olmayan yerlərdə meydana çıxması mümkündür.
Gent.az xəbər verir ki, bədənin melanoma əlamətlərinin ləkələr şəklində görünə biləcəyi bölgələr var ki, gözdən qaça bilər. Buna görə də bunu yalnız dərin müayinə zamanı aşkar etmək olar.
Melanoma əlaməti ola bilən tünd ləkələr aşkar olmayan yerlərdə - qasıq büküşlərində, ağız boşluğunda, dırnaq ətrafinda, ayaq altında, saç dibində görünə bilər.
Əsasən, qara rəngli və yaxud da tünd qəhvəyi rəngli, bəzi insanlarda isə qırmızı rəngli törəmələr şəklində və yaxud da yaralar şəklində özünü göstərir
Xarici görünüşünə görə, bizim ənənəvi bildiyimiz xallara bənzəyir və bu baxımdan çoxlu sayda xalları olan və yaxud da yenicə dəridə xala bənzər törəməsi yaranan insanlar mütləq melanom haqqında düşünməli və vaxtında dermatoloqa müraciət etməlidir.
Həmçinin, həkim əlavə etdi ki, melanoma üçün xarakterik olan piqmentasiya dırnaq lövhələri altında zədələrdən sonra qançırlar bənzəyən zolaqlar və ya ləkələr şəklində baş verə bilər.(medicina.az)