Gent.az xəbər verir ki, nutrisoloq Yuliya Savelyeva soyuq aylarda D vitamin əlavəsi qəbul etməyin vacibliyini bildirib.
“D vitamini əskik olanlar qrupuna hamilələr, südverən analar, açıq havada az olanlar, xəstələr, yaşlılar, uşaqlar, vegeterianlar, zəif qidalananlar və öd kisəsi əməliyyat olunanlar daxildir.
Bəzən insanlarda depressiya, əhvalsızlıq, sümük, əzələ ağrıları olur və bunu başqa səbəblərə yozurlar.
Əgər sizdə bu əlamətlər varsa, deməli D vitamini əskikdir.
- Tez-tez əhvalın pisləşməsi
- İştahın itməsi
- Əzələlərdə qıcolmalar, ağrı
- Yuxusuzluq
- Həyəcan, təşviş
- Sümüklərdə ağrı
Özünə nəzarəti itirənlərdə qanda bu vitamin çox aşağıdır. D vitamini əlavəsi ilə yanaşı ət, süd məhsulu, yağlı balıq, balıq qaraciyəri və yumurta sarısı yemək lazımdır”.(medicina.az)