Bu sual bu gün həkim qəbullarında ən çox səslənən şikayətlərdir.
Bundan sonra başlayır müayinələr, həkimlər, dianoqzlar, müalicələr. Çox zaman isə bunlar nəticə vermir.
Gent.az xəbər verir ki, 90% hallarda insanların əzgin və gücsüzlüyünün səbəbi xrioniki tükənmə və yorğunluqdur.
Xroniki yorğunluq təkcə iş və həyatdan fiziki mənəvi yorulmaq deyil.
Bunun səbəbi həm xəstəlik, həm xorultu, həm də qidalanma ola bilər.
- Siz xoruldayırsız, amma heç bunu bilmirsiz
Əgər siz tək yatırsızsa və xorultunuzdan ayılmırsızsa, o demək deyil ki, heç xoruldamırsız.
10% hallarda xoruldamaq yuxu apnoesi – qırtlaq əzələlərinin çox boşalması nəticəsində 10 saniyə nəfəsin kəsilməsi sonradan bərpasıdır.
Oksigen çatışmazlığında beyin oyanır və nəfəs bərpa olunur.
İnsan gənc yaşdan hər gecə bunu yaşaya bilər. Bu zaman orqanizm yuxuda tam dincəlmir, beyin oksigen aclığı yaranır, insan ağır, yorğun, əzgin şəkildə oyanır. Belə adamlar kürəyi üstə yatmamalıdır.
2. Siz çox çay və qəhvə içirsiz.
Kofein gecə yuxusunu pozur, çay və energetik içkilər insanı asılı edir və tam rahatlanmağa qoymur.
3. Su az içirsiz, xroniki susuzluq var, orqanizm susuzdur
Susuzluqdan ən çox beyin əziyyət çəkir. Bu zaman əhval düşür, yorğunluq olur, yuxululuq və əzginlik baş verir. Çox insan susumadığını bildirir. Amma xroniki susuzluqda beyin artıq su istəyi siqnalı da vermir.
Çox insan susuzluğu qazlı içki və qəhvə ilə yatırır. 90% insan aclıqla susuzluğu səhv salır və acam deyə başım ağrıyır düşünür.
4. Sizdə diabet var, amma xəbəriniz yoxdur.
Azərbaycanda çox insan diabet və ya şəkər ərəfəsində olduğunu bilmir. Xroniki yorğunluq elə II tip diabetin əlaməti ola bilər.
Çəki itkisi, tez-tez su içmə, gecələr sidiyə çıxma varsa, şəkəri yoxladın.
5. Digər səbəb – siz ət az yeyirsiz və ya yemirsiz.
Çünki ət dəmir mənbəyidir, bu da hemoqlobin deməkdir. Anemiya zamanı insan halsız olur.
6. Vacib səbəb qalxanvari vəzin işidir.
Tiroksin hormonu az və ya çoxdursa, beyindən tutmuş ürəyə qədər orqanlar pis işləyəcək.(medicina.az)