Əfqanıstanın Pervan vilayətində 500 nəfərin səbəbi müəyyən edilə bilməyən yoluxucu xəstəliyə yoluxub, 2 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır.
Gent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Pervan qubernatorluğunun sözçüsü Hikmətullah Şemim, "səbəbi hələ bilinməyən epidemiya xəstəliyi" səbəbiylə son 4 gündə çox sayda insanın xəstəxanalara müraciət etdiyini bildirib.
Şemim, Pervanın Şinvari rayonunda 500-dən çox insanın səbəbinin hələ müəyyən edilməmiş xəstəliyə yoluxduğunu və yoluxma sayının artdığını bildirib
Xəstəlikdən 2 nəfərin öldüyünü deyən Şemim, 50 xəstənin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Xəstəliyi "yeni bir yoluxucu xəstəlik növü" olaraq xarakterizə edən Şemim, xəstələrdə, ümumiyyətlə, halsızlıq, əl və qollarda şiddətli ağrı, şiddətli ishal və yüksək hərarət kimi əlamətlərin olduğunu qeyd edib.