Bəzi insanlar spirtli içki qəbul etdikdən sonra nizamsız ürək döyüntüləri, nəfəs darlığı və başgicəllənmə ilə qarşılaşırlar.
Gent.az ın məlumatına görə, bayram ürək sindromu sağlam insanlarda həddindən artıq və ya uzun müddətli içki qəbulundan sonra anormal ürək ritmidir ki, bu hal daha çox bayramlarda baş verir.
Massaçusets Ümumi Xəstəxanasında Ürək-Damar Tədqiqat Mərkəzinin direktoru Əhməd Tavakolun sözlərinə görə, bu nizamsız ürək ritmi atrial fibrilasiya kimi də tanınır.
Tavakol bildirib ki, bəzi insanlar bunu sürətli və ya nizamsız ürək döyüntüsü kimi təsvir edirlər:
“Digərləri üçün bu, narahatlıq hissi kimi özünü göstərir. Bəzilərində nəfəs darlığı, sinə ağrısı, başgicəllənmə və yorğunluq ola bilər”.
Louisville Universitetinin direktoru Mrinali Şetti isə xəbərdarlıq edib ki, bəzi hallarda bayram ürək sindromu 24-48 saat ərzində həll oluna bilər:
“Lakin başa düşmək lazımdır ki, bu, uzunmüddətli ürək problemləri riskini artıra bilər”.