Günümüzdə, insanların tibbi maska taxaraq özünü koronavirusdan qorumaq istəyi fonunda sizi keçmişi yada salmağa dəvət edirik.
Söhbət əczaçılığın bu qədər inkişaf etmədiyi və planetimizdə ciddi xəstəliklərin tüğyan etdiyi zamanlardan gedir.
Taun
İnsanların sayını ciddi şəkildə azaldan ən dəhşətli xəstəliklərdən biri taundur.
Bu xəstəlik haqqında ilk yazılara arxeoloqlar hələ mixi yazılı mətnlərdə rast gəlir. Bu infeksiyanın daşıyıcıları siçovullar, çölkəsəyənləri, siçanlar və...dəvələrdir.
Vaxtı ilə Köhnə dünyada tüğyan etniş xəstəliyin adını Səmavi kitablarda da tapmaq olar.
Qara çiçək
Qədim xronikalarda qeyd edilən digər xəstəlik isə qara çiçəkdir. Hal-hazırda mütəxəssislər hesab edir ki, xəstəlik Yaxın Şərqdən gəib və insanlara bu infeksiyanı yoluxduran IV–VIII -əcrlərdə bu xəstəliyə Asiya ölkələrində rast gəlmək olardı.
Məsələn, Yaponiyada vəziyyət o yerə çatmışdı ki, ölkənin bəzi bölgələrində əhalinin 70% infeksiyanın qurbanı olmuşdu.
Tif
Tifin bir neçə növü olur. Lakin onlardan ən təhlükəlisi səpkili tifdir. Bu xəstəlik haqqında məlumatlar 1489-cu ilə təsadüf edir. Xəstəlik Qranada müharibəsinin iştirakçıları arasında qeydə alınmışdı (17 000 hərbçi məhz tifin qurbanı olmuşdu).
Sibir xorası (antraks)
Bu xəstəlik də dünyanın təhlükəlilərindən biri sayılır. İnkubasiya dövrü iki gün keçdiyi halda, bakteriyaların sporlar illərlə diri qala bilir. İlk dəfə bu xəstəlik XVIII-ci əsrin ortalarında qeydə alınıb.
1788-ci ildə qərbi Sibirdə xəstəlik vüsət almışdı. Xəstəliyin daşıyıcıları qismində atlar, uzunqulaqlar, qoyunlar və dəvələr (bu heyvanlar olduqca təhlükəli imiş) çıxış edir.
İspan qripi
Birinci Dünya Müharibəsi zamanı ABŞ-ı sonra isə Avropaya gedən amerikalı əsgərlər sayəsində Köhnə dünyanı təhlükə qarşısında qoyan qrip peyda olur. Qısa müddət ərzində bu virus təxminən 50 milyon insanın həyatına son qoyur.
Müharibədə iştirak edən heç bir Avropa ölkəsi əhalisi arasında ölümcül pandemiyanın yayıldığnı etiraf etmək istəmirdi. Pandemiya haqda bəyan edən ilk ölkə, Birinci Dünya Müharibəsi dövrü neytral qalan İspaniya olur. Məhz buna görə xəstəliyə ispan qripi adını qoyurlar.