Səhər tezdən qaçış zamanı itlərin hücumuna məruz qalmaq heç yaxşı deyil.
Bunun qarşısını almaq üçün, parkda qaçmaq yerinə bu məqaləni oxu.
Əlbəttə ki, əlində beysbol taxtası varsaproblem bir anda həll olunur. Çünki itlər oddan qorxur. Taxtanı yandırıb, onların gözü önündə silkələ.
Əks təqdirdə, yaxın otur.
İlk növbədə bilmək lazımdır ki, hər hürən it təhlükə mənbəyi deyil. Başqa sözlə, itin hürdüyün gördükdə təşvişə düşmə. Belə hal ilə rastlaşmış bir çox unsan qeyd edir ki, birinci olaraq insan öz davranışına diqqət yetirməlidir.
İti qıcıqlandırmaq, ona toxunmaq, oyuncağını əlindən almaq, qışqırmaq, dişlərini göstərmək və hətta gözlərinin içinə baxçaq olmaz.
Bütün əsəbi itlər bunu bir təcavüz kimi alqılayır.
Hücum etmək istəyən itdən qaçmaq, demək olar ki, mümkün deyil. Ona görə də, o hücum etməyə hazırlaşdığı an itin ən zəif nöqtələrinin harada olduğunu yada sal. Burun, burnun üstü, sinəsi, qabırğaları, cinsiyyət orqanları, pəncə oynaqları və əlbəttə ki, gözləri.
Əgər əlinin altında qum varsa, bir ovuc yığıb itin gözünə atmaq olar.Bu sənə bir az vaxt qazandıra bilər.
Heç vaxt belini və böyrünü itə döndərmə. Həmişə onu diqqət mərkəzində saxla. Ən yaxşı isə belini harasa daya.
Bir gözünlə itin zəif npqtələrini axtarakən, başqa gözünlə ən yaxın sığınacağı – su gölməçəsi, ağac, dükan və s. ara.
Bir çox filmdə itin dişləri ilə nədənsə yapışıb buraxmadığını görmək olar. Bu uydurma deyil. İtə xas olan bu refleks səni xilas edə bilər.
Əlində çanta, çətir, papak, gödəkcə varsa onu önündə tut. İt dişləri ilə həmin əşyanı tutduqda təşəbbüs artıq sənə keçəcək.
Bu zaman onu sürüyə və ya yerə çırpıb təpikıləyə bilərsən. Amma zərbələr güclü olmalıdır, çünki itlərin ağrıya qarşı dözümlülüyü yüksəkdir.
Və ən əsası, yaddan çıxartma ki, it o qədər də böyük heyvan deyil və insan onun üçün ciddi rəqibdir. Bu sənə əminlik bəxş edəcək. İtin dişləməsi də o qədər ciddi xəsarət deyil. Əsas odur ki, cinsiyyət orqanlarını və yumşaq yerlərini qoruyasan və ciddi xəsarətlərdən qaçınasan.
İtin başını qatmaq üçün ağıllı, lakin cəldlik tələb edən bir vasitə var. Əlini sürətlə titin gözü qarşısında dairəvi şəkildə fırlat. Bir neçə dəfə əlini tutmağı bacara bilməyən heyvan bu işdən bezib geri çəkilə bilər.
Mütəxəssislər qeyd edir ki, vəziyyət və şərait dəyişdikdə itlər tez-tez özünü itirir. Əgər it sənin üzərində qarajların arxasında hücum etdikdə sən küncü dönüb qazona çıxa bilsən o, təqibi dayandıra bilər.
Sən tərəfdən edilən gözlənilməz və cəld hərəkətlər iti şoka sala bilər. Sən yerə oturub it kimi “mırıldasan” bu lazım olan nəticəni verə bilər.