Əlbəttə ki, hər bir insanın fərqli istəkləri var və yaraşıqlılıq anlayışı fərdidir.
Lakin buna baxmayaraq, xarici görünüşümüzü müsbət tərəfə dəyişmək üçün idman zallarında günlərimizi keçiririk.
Polşalı alimlərin gəldiyi qənaətə görə isə, qadınların xoşuna gəlmək üşün bu qədər əziyyət çəkməyə ehtiyac yoxdur.
Spoyler: Bunun üçün sadəcə gülümsəmək vərdişinə son qoymaq lazımdır.
Yagellon Universitetnin Tibbi kollecisinin mütəxəssisləri “qaranlıq triadanın” qadınlara necə təsir etdiyini araşdırmaq qərarına gəlib.
“Qaranlıq triada” bir insanda makiyavellizm (insanları idarə etməyə meyillilik), narsissizm (gizli olmayan özünəvurğunluq) və psixopatiya əlamətlərinin birləşməsini izah edən psixoloji termindir.
Məlum olub ki, narsissist (sərt və yanaşılmazlıqlı görünüş) xüsusiyyətə malik olan kişilər qadınları olduqca cəlb edir.
Görünən odur ki, qadınlar şüuraltı olaraq təkkəbürlü və zalım sifətli şəxsi uğurlu insan hesab edir.
Bir sözlə, hansısa sosial şəbəkədə qadınlarda maraq oyatmaq istəyirsənsə ciddi sifətli şəklini qoy.