Sovet dönəminin 6 ən dəhşətli manyakı

Açıq söhbət4 dəq oxu
Sovet dönəminin 6 ən dəhşətli manyakı

Vasiliy‌ ‌Komarov‌ ‌

Sovet‌ ‌dönəminin‌ ‌ilk‌ ‌qeydə‌ ‌alınan‌ ‌manyakı‌ ‌sayılır.‌ ‌1921-23cü‌ ‌illərdə‌ ‌Moskvada‌ ‌33‌ ‌nəfər‌ ‌qətlə‌ ‌yetirib.‌ ‌

Onun‌ ‌ailəsi‌ ‌spirtli‌ ‌içki‌ ‌aludəçisi‌ ‌olub.‌ ‌Vasiliyin‌ ‌özü‌ ‌15‌ ‌yaşından‌ ‌içməyə‌ ‌başlayıb.‌ ‌ ‌

Komarov‌ ‌insanları‌ ‌eyni‌ ‌sxemlə‌ ‌qətlə‌ ‌yetirirdi:‌ ‌hansısa‌ ‌ərzağı‌ ‌almaq‌ ‌üçün‌ ‌qurbanını‌ ‌evə‌ ‌dəvət‌ ‌edirdi‌ ‌(o‌ ‌zaman‌ ‌qıtlıq‌ ‌idi),‌ ‌onu‌ ‌içizdirirdi‌ ‌və‌ ‌çəkiclə‌ ‌başından‌ ‌vuraraq‌ ‌öldürürdü.‌ ‌Hər‌ ‌qurbana‌ ‌təqribən‌ ‌yarımsaat‌ ‌sərf‌ ‌edirdi.‌ ‌Sonra‌ ‌isə‌ ‌günahlarını‌ ‌yumaq‌ ‌üçün‌ ‌bütün‌ ‌gecəni‌ ‌dua‌ ‌edirdi.‌

‌Maraqlısı‌ ‌odur‌ ‌ki,‌ ‌ərinin‌ ‌“hobbisindən”‌ ‌xəbər‌ ‌tutan‌ ‌həyat‌ ‌yoldaşı‌ ‌polisə‌ ‌müraciət‌ ‌etmək‌ ‌yerinə‌ ‌ona‌ ‌kömək‌ ‌etməyə‌ ‌başlayır.‌ ‌ ‌

Komarov‌ ‌qurbanlarının‌ ‌cəsdlərini‌ ‌ya‌ ‌torpaqda‌ ‌basdırar,‌ ‌ya‌ ‌da‌ ‌Moskva‌ ‌çayına‌ ‌atarmış.‌ ‌1923-cü‌ ‌ildə‌ ‌o‌ ‌həyat‌ ‌yoldaşı‌ ‌ilə‌ ‌birlikdə‌ ‌həbs‌ ‌edilir.‌ ‌Həmin‌ ‌ildə‌ ‌də‌ ‌onlar‌ ‌güllələnirlər.‌

Aleksandr‌ ‌Labutkin‌ ‌

Bu‌ ‌manyak‌ ‌1933-1935-ci‌ ‌illərdə‌ ‌Leninqradın‌ ‌yaxınlığında‌ ‌yerləşən‌ ‌Priqorodnı‌ ‌qəsəbəsində‌ ‌15‌ ‌qətl‌ ‌törədib.‌ ‌Partlayıcı‌ ‌ilə‌ ‌kötükləri‌ ‌çıxardanda‌ ‌əlinin‌ ‌birini‌ ‌itirdiyinə‌ ‌görə‌ ‌ona‌ ‌“Tək‌ ‌əlli‌ ‌bandit”‌ ‌ləqəbi‌ ‌qoymuşdular.‌ ‌ ‌

Podşibnik‌ ‌şarikləridən‌ ‌güllə‌ ‌düzəldərək‌ ‌o‌ ‌tapança‌ ‌ilə‌ ‌meşədə‌ ‌istirahət‌ ‌edən‌ ‌insanları‌ ‌güllələyirmiş.‌ ‌Qeyd‌ ‌etmək‌ ‌lazımdır‌ ‌ki,‌ ‌bu‌ ‌manyakada‌ ‌həyat‌ ‌yoldaşı‌ ‌kömək‌ ‌edib.‌ ‌

Hücumlardan‌ ‌birində‌ ‌yüngül‌ ‌yaralanan‌ ‌qadın‌ ‌Labutkinin‌ ‌əlindən‌ ‌xilas‌ ‌ola‌ ‌bilir.‌ ‌Məhz‌ ‌onun‌ ‌ifadəsi‌ ‌sayəsində‌ ‌manyakı‌ ‌tutmaq‌ ‌olur.‌ ‌A.Labutkinə‌ ‌ölüm‌ ‌hökmü‌ ‌oxunur‌ ‌və‌ ‌o,‌ ‌güllələnir.‌

Vladimir‌ ‌Vinniçevskiy‌ ‌

Bu‌ ‌manyak‌ ‌isə‌ ‌1938-1939-cu‌ ‌illərdə‌ ‌Sverdlovskda‌ ‌cinayətlər‌ ‌törədib.‌ ‌Ümumi‌ ‌olaraq‌ ‌18‌ ‌hücuç‌ ‌təşkil‌ ‌edən‌ ‌

Vinniçevskiy‌ ‌8‌ ‌nəfəri‌ ‌qətlə‌ ‌yetirib.‌ ‌O,‌ ‌15‌ ‌yaşında‌ ‌insan‌ ‌öldürməyə‌ ‌başlayıb.‌ ‌Manyak‌ ‌2-4‌ ‌yaşlı‌ ‌uşaqlara‌ ‌hücum‌ ‌edərək‌ ‌onları‌ ‌zorlayırmış,‌ ‌sonra‌ ‌isə‌ ‌öz‌ ‌cinayətlərini‌ ‌şifrələnmiş‌ ‌şəkildə‌ ‌kağıza‌ ‌yazaraq‌ ‌onları‌ ‌nömrələyirmiş.‌ ‌ ‌

Vinniçevskiy‌ ‌uşaq‌ ‌qışqırtısını‌ ‌götürmədiyi‌ ‌üçün‌ ‌bəzi‌ ‌qurbanları‌ ‌bunun‌ ‌sayəsində‌ ‌həyatda‌ ‌qala‌ ‌biliblər.‌

Uşaq‌ ‌ağlamağa‌ ‌başladıqda‌ ‌manyak‌ ‌onu‌ ‌buraxıb‌ ‌cinayət‌ ‌yerini‌ ‌tərk‌ ‌edirmiş.‌ ‌ ‌

Onu‌ ‌təsadüfən‌ ‌yaxalayırlar.‌ ‌Patruldan‌ ‌qayıdan‌ ‌milis‌ ‌məktəbinin‌ ‌müdavimləri‌ ‌onu‌ ‌balaca‌ ‌uşaqla‌ ‌tramvaydan‌ ‌çıxdığını‌ ‌görür.‌ ‌Lakin‌ ‌onların‌ ‌evlər‌ ‌tərəfə‌ ‌yox,‌ ‌meşəyə‌ ‌getdiyini‌ ‌görən‌ ‌müdavimlər‌ ‌şübhələnirlər‌ ‌və‌ ‌onu‌ ‌izləməyə‌ ‌başlayırlar.‌ ‌Onlar‌ ‌manyakı‌ ‌uşağı‌ ‌boğarkən‌ ‌saxlayırlar.‌ ‌ ‌

1935-ci‌ ‌ildən‌ ‌SSRİ-də‌ ‌12‌ ‌yaşdan‌ ‌yuxarı‌ ‌insanları‌ ‌edam‌ ‌etmək‌ ‌qanunu‌ ‌olduğuna‌ ‌görə‌ ‌1940-cı‌ ‌ildə‌ ‌

Vinniçevskiy‌ ‌güllələnir.‌

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan